Nazir oğlunun otelində gənc xanıma əxlaqsız təklif - ŞOK

img

12-08-2014 [13:56]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan Quba "Rixos” oteldə iş üçün müraciət edən xanıma əxlaqsız təklif edilib.

Axar.az-ın əməkdaşına məlumat verən və adının açıqlanmasını istəməyən qız ona əxlaqsız təklif edən şəxsin adının Umud olduğunu deyib:

"İş üçün müraciətlə bağlı Bakıdan Qubaya getdim. Bəhs etdiyim əxlaqsız təklifi "Rixos” otelinin ikinci administratoru Umud edib. İş üçün müraciət etdiyim oteldə mənə qarşı bu cür əxlaqsız təklif edilməsindən sonra özümü çox pis hiss edirəm”.

Məsələ ilə bağlı adıçəkilən otelin türkiyəli meneceri Ömər axar-a danışıb.

Otel təmsilçisi məsələdən xəbərsiz olduğunu və araşdırma aparmaq üçün 1 saat vaxt xahiş edib:

"Sizin bəhs etdiyiniz olaydan xəbərsizəm. Adını çəkdiyiniz Umudu tanımıram. Məsələni araşdırıb, qısa zaman sonra sizinlə əlaqə saxlayacağam. Əgər belə bir şey varsa, həmin şəxs haqqında otel rəhbərliyinə məlumat veriləcək. Təmsilçisi olduğum otelin adının bu cür hallanmasına şərait yaratmarıq. Kimi cəzalandırmaq lazımdırsa, otel rəhbərliyi bu barədə qərar verəcək”.

- See more at: http://axar.az//news/26489#ad-image-0

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA