Hafka:“Mən özüm ona-buna sponsorluq edirəm”

img

12-08-2014 [13:15]



"Bakı” klubunun prezidenti Hafiz Məmmədovun komandanın heyətini qəbul etməsi barədə xəbər verilmişdi. 

"Stadium.az” saytının xəbərinə görə, futbolçular, məşqçi heyəti və klub rəsmiləriylə görüşən Məmmədov, hər şeyin yaxşı olacağına, komandanın Premyer Liqada çıxışını davam etdirəcəyini bildirib. Toplantıdan sonra isə Hafiz Məmmədov "Stadium.az” saytına özəl açıqlama verib: "Bakı”sız çempionat olar? "Bakı” çempionatın bəzəyidir. Hər şey qaydasındadır, bütün problemlər həll olunub. Bunlar məndən aslı olan səbəblərə görə yaranmamışdı, amma hamısı həll olunub. Komanda Premyer Liqada qalacaq və çıxışına davam edəcək. Artıq bütün problemlər geridə qalıb. Bəzi adamlar da bilsin ki, "Bakı”nın pulu var. Mən özüm ona buna sponsorluq edirəm, amma kimlərsə "Bakı”ya sponsor axtarır. Bu, gülməli vəziyyətdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA