Əbülfəs Qarayev turizm obyektlərinin sahiblərinə xəbərdarlıq etdi

img

12-08-2014 [12:00]


Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Nazirlik turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edir:

"Son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur. Bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur”.

modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA