Ana və qız özünü 9-cu mərtəbədən atdı+Yenilənib

img

12-08-2014 [12:19]



Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***

Yasamal rayonunda ana və qızının ölümü ilə nəticələnən faciə barədə bəzi məqamlar məlum olub. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, özünü 9-cu mərtəbədən atan 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyevanı anası xilas etmək istəyib. Lakin qızın anası Kifayət Abbasova balasını xilas edə bilməyib. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdən 9-cu mərtəbədən yıxılıb.

Hazırda ananın intihar edib-etməməsi məlum olmasa da, qızın nə səbəbdən özünü öldürməsi məlumdur.

Bildirilir ki, qızın kiçik bacısı bir müddət əvvəl evdən yoxa çıxıbmış. Sonradan qız tapılıb. Bu hadisə 17 yaşlı qıza pis təsir edib. Qızın bu səbəbdən də özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA