UNEC-in Dərbənd filialının məzunlarının hələ də diplomları verilmir: kimdir günahkar? - "Biz niyə kiminsə cəzasını çəkirik?"
28-04-2025 [15:06]
UNEC-in Dərbənd filialının 2023/2024-cü il məzunları hələ də diplomlarını ala bilmirlər.
Mia.az-ın məlumatına görə, yaranmış problemə görə nazirlik UNEC-i, UNEC isə nazirliyi qanunsuzluqda ittiham edir.
Məzunlar isə Mia.az-a açıqlamalarında iki qurum arasındakı "dartışma"ya görə həm 1.6 il hərbi xidmət keçdiiklərini deyir, həm də işə durmaq problemi yaşadıqlarını bildirirlər:
"Biz niyə məzun olduqdan sonra bu cəzanı çəkməliyik?
Bu yaxınlarda Rusiya vətəndaşları olan tələbələrin diplomları verilib. Amma bizim diplomu vermirlər. Bizə deyirlər ki, Siz DİM vasitəsi ilə deyil, oranın daxili qaydaları ilə qəbul olunmusunuz. Halbuki, bizdən əvvəlki və sonrakı kursların hamısı o qayda ilə universitetə daxil olub. Dərbənd filialına daxil olmaq üçün oranın daxili imtahanlarını verib, qəbul olmaq mümkündür. Bütün qəbullar da bu qaydada aparılır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomunu ala bilməyən tələbələrə verdiyi rəsmi cavabda qəbulların yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları əsasında həyata keçirildiyi qeyd olunur. Ancaq UNEC-in Dərbənd filialının rəsmi saytında bunun tam əksi qeyd olunub. Saytda qeyd olunur ki, sözügedən filiala tələbə qəbulu Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına əsasən aparılır. Burada ziddiyət cavab əks olunur. Üstəlik, UNEC-in Dərbənd filialı Rusiya federasiyasında yerləşdiyi üçün oranın tədris qaydalarına uyğun həyata keçirilir. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib.
2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.
2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır. Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır. Filialda 3 ixtisas üzrə bakalavr hazırlanır.
Yəni, sadalananlardan da görünür ki, bizim hüquqlarımız pozulub. Diplom verilmədiyi üçün biz hərbi xidməti 1 il yox,1 il 6 ay müddətinə keçməli oluruq. Niyə? Üstəgəl, bizə doğru-dürüst heç bir cavab vermirlər. Bu özbaşınalığa niyə son verilmir?!".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi