Məişət zorakılığı qurbanlarına yardım haqda yeni layihə - Azərbaycan Uşaqlar Birliyi

img

12-08-2014 [00:02]


«Məişət zorakılığı qurbanlarının müvafiq yardımlara çıxışının təmini» layihəsi Azərbaycan Uşaqlar Birliyi tərəfindən bu ilin iyul ayının ortalarından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb. 

Layihənin İşçi qrupu tərəfindən Mia.az-a verilən məlumata görə, burada məqsəd məişət zorakılığına məruz qalanların hüquqi və psixoloji yardımlara çıxışının təmin edilməsi yolu ilə bu cür şəxslərin reabilitasiyasıdır. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində  benefisiarların qaldırılan problemlərlə əlaqədar məlumatlandırılması, onlara hüquqi və psixoloji yardımların göstərilməsi, təhsildən kənarda qalanların dövlət təhsil müəssisələrinə istiqamətləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. 

Layihə haqqında ictimaiyyətin məlumatlandırılması yerinə yetiriləcək. Həmçinin Azərbaycan Uşaqlar Birliyinin sığınacağnda məskunlaşan müvafiq benefisiar qrupuna, həmçinin Bakı və Bakıətrafı, eləcə də, rayonda yaşayan məişət zorakılığına məruz qalıb paytaxta gələn şəxslər arasında ümumən 2 qrup formalaşacaq və onlar üçün məlumatlandırma görüşləri keçiriləcək. Məişət zorakığı qurbanlarına hüquqi və psixoloji yardımlara çıxışa vacib ehtiyacı olanlardan ibarət qrup toplanacaqdır. Tərtib edilmiş benefisiar siyahısına əsasən layihə çərçivəsində ehtiyacı olan benefisiarlara hüquqi və psixoloji yardımların göstərilməsi planlaşdırılmışdır. Burada onların müfaviq dövlət strukturlarına yönləndiriləcək, sənədlərində yarana biləcək çatışmazlıqları aradan qaldırmaq üçün məsləhətlər veriləcəkdir. Ehtiyacı olan benefisiarlara həm də, psixoloji yardımların göstərilməsi nəzərdə tutulub. Psixoloji konsultasiyalar zamanı məişət zorakılığına məruz qalmış şəxslərin ümumi psixoloji durumu müəyyən edilərək, onlarla iş aparılacaq, normal psixoloji vəziyyətə gətirilməsi fəaliyyəti yerinə yetiriləcəkdir.

 Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2014-cü ilin dekabr ayında yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA