Prezident İlham Əliyev iki fərman verdi

img

11-08-2014 [19:45]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev iki fərman verib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Fərmana görə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 (iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.  Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək. 

Nazirlər Kabineti təqaüdün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etməlidir.

***

Prezidentin digər fərmanı isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə olub.

Fərmana görə,  müəyyən edilib ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA