Azərbaycanlı müəllim dünyanın ən böyük robot olimpiadasında: 5 müxtəlif kateqoriya üzrə qələbə + FOTOLAR
22-04-2025 [15:01]
16-20 aprel tarixlərində Türkiyənin Antalya şəhərində dünyanın ən böyük robot olimpiadası olan “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya çempionatının yarımfinal mərhələsi keçirilib.
Mia.az xəbər verir ki, burada 24 ölkədən 21 fərqli kateqoriya üzrə 580-dən çox komanda, 3000-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri yarışmada Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının və Fizika fakültəsinin STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə 5 kateqoriyada uğurlu nəticə əldə ediblər.
Qalib komandalar və nəticələri belədir: “FireteKh” komandası RoboTech Entrepreneurship kateqoriyası üzrə I yerə “Smart Girls” komandası Girls Triathlon kateqoriyası üzrə I yerə “RoadteKh” komandası Autonomous Car kateqoriyası üzrə I yerə “LifeteKh” komandası “HealthTech Entrepreneurship” kateqoriyası üzrə II yerə “Trackmasters” komandası isə “MBot Line Following” kateqoriyası üzrə II yerə layiq görülüb.
Bildirilib ki, qalib komandalar İtaliyada keçiriləcək “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın final mərhələsində iştirak hüququ qazanıblar.
Bu isə Azərbaycanın beynəlxalq texnologiya platformalarında daha geniş təmsil olunacağı anlamına gəlir.
Xumarə Qəhrəmanlı qeyd edib ki, bu, yalnız şəxsi deyil, milli uğurdur: "Azərbaycanın adını elm və texnologiya sahəsində zirvəyə daşımaqdan qürur duyuram. Bu qələbə göstərir ki, bizim gənclərimiz dünyaya meydan oxuya biləcək səviyyədədir. Biz gələcəyin qurucularıyıq. Bu uğur, həm də Azərbaycan gəncliyinin və qadın liderliyinin elm və texnologiyada nə qədər güclü olduğunu sübut etdi".
Xatırlaadq ki, Fibonacci Beynəlxalq Robot OlimpiadasınınBakıda keçirilən yarışmasında da Azərbaycan milli çempionatının qalibləri arasında Pedaqoji Universitetin adı olub
Yeri gəlmişkən, hər ilin noyabr ayında Romada keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadası dünyanın ən nüfuzlu robototexnika yarışlarından biridir. 2018-ci ildən bəri keçirilən olimpiada dünyanın hər yerindən robototexnika həvəskarlarını, mühəndisləri, tələbələri, sənaye liderlərini və ailələri bir araya gətirir. Tədbir təkcə müsabiqə deyil, həm də ekspozisiya və təhsil platformasıdır və aparıcı mütəxəssislərlə əlaqə yaratmaq, qabaqcıl texnologiyaların tədqiqi və yeni əməkdaşlıqların inkişafı üçün imkanlar təklif edir.
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi