“Lotos və “Diqlas”dan kütləvi şikayət – Sahibkarlar PA-ya üz tutdu

img

11-08-2014 [13:40]


Metrostansiyalarda ticarət mağazaları bağlananda Baknın 8-ci km qəsəbəsində yerləşən "Lotos və "Diqlas” ticarət mərkəzləri bundan məharətlə istifadə edib, bizi aldatdılar. 

Bu sözləri Mia.az-a həmin ticarət mərkəzlərində kiçik sahibkarlıqla məşğul olanlar deyib. Onların sözlərinə görə, guya dövlətin sosial-iqtisadi və sahibkarlığın fəaliyyətinə dəstək siyasətində aktiv iştirak etdiklərini deyən və bunu da televiziyalarda böyük bir kampaniya şəkilində aparan həmin ticarət mərkəzlərinin sahibləri yenidən fürsətcil davranmağa başlayıblar: "Sözügedən ticarət mərkəzləri metrolarda ticarətini itirən insanları öz ərazilərində pulsuz yerləşdirməyə söz verərək, onları buraya cəlb etdilər. Əslində isə bizdən gizli yolla metroda verdiyimiz aylıq qədər qabaqcadan 3 aylıq pul alındı və söz verildi ki, qiymət siyasəti bu cur də olacaq.

 Ancaq 3 ay tamam olandan sonra, yəni bu ayın əvvəlindən metro ticarətçilərindən hər kvadrat.metr üçün 50 manat tələb olunmağa başlanılıb. Buna etiraz edən ticarətçilər aldandıqları qənaətə gəldikləri üçün kütləvi şəkildə ticarət mərkəzini tərk edirlər. Artıq "Diqlas” ticarət mərkəzini 200-dən artıq metro ticarətçisi tərk edib. Təqribən bu qədər də ticarətçinin "Lotos”u tərk edəcəyi gözlənilir. Eyni zamanda, biz sahibkarlar başımıza açılan bu müsibətlə bağlı kütləvi şəkildə Prezident Administrasiyasına şikayət etmişik. Həmin şikayətdə ticarət mərkəzinin rəhbəri Hacı Arazla onun müavini Bəhruz tərəfindən aldanıldığımızı qeyd etmişik”.

 Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq. 

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA