Füzuli Salahovun hərbi sistem üzərində qurduğu biznes - ÖZƏL

img

11-08-2014 [13:10]


Müdafiə naziri Zakir Həsənovun əmri ilə Hərbi polis İdarəsinə rəis təyin olunmuş bir neçə ay əvvəl başqa vəzifəyə keçirilən Füzuli Salahovun əvvəlki vəzifəsində yol verdiyi nöqsanların «ağrı-acısı» hələ davam edir 

Qeyd edək ki, F.Salahov əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb. İlk günlərdə yeni postunda özünü bacarıqlı kadr göstərən Füzuli Salahov gözlənilmədən ordu sistemində ciddi yer tutan hərbi polis sistemini demək olar ki, gülünc duruma saldı.  

MİA.az xəbər verir ki, əvvəlki vəzifəsində peşəkar kadrları öz yaxın qohum-əqrəbası ilə əvəzləyən polkovnik demək olar ki, hərbi polis sahəsini kommersiya strukturuna çevirmişdi. 

Məlumata görə, özünü Zakir Həsənovun sağ əli kimi təqdim edən Füzuli Salahov hərbi polis idarəsinin imkanlarından istifadə edərək özünə məxsus biznes şəbəkəsini daha da genişləndirib və hazırda daşınmaz əmlak alqı-satqısına xüsusi önəm verir. Hərbi polis sisteminə baş verən özbaşınalıq, yerliçilik və qohumbazlıq qaydası ilə kadrların seçilməsi problemləri isə yuxarı komandanlığa da çatdırılıb. Məhz bundan sonra onun vəzifəsinin dəyişdirilməsi qaçılmaz olub.

 Qeyd edək ki, bir neçə ay öncə Füzuli Salahov vəzfəsindən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyinə rəis təyin olunub. Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə isə polkovnik-leytenant Azad Ağayev gətirilib. 

 MİA.az-ın əldə etdiyi məlumata görə, Füzuli Salahov Hərbi Liseyinə rəis təyin olunandan sonra hərbi polisdəki idarəetmə üsullarını bura daşıyıb. Hazırda Hərbi liseydə də ciddi qanun pozuntularının da olduğu bildirilir. Bir sıra faktları tam araşdırmadığımız üçün bu barədə növbəti dəfə məlumat verəcəyik.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA