Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır
18-04-2025 [14:10]
Beynəlxalq və qazaxıstanlı ekspertlər Xəzərin dayazlaşması problemini araşdırıblar. Onlar öz araşdırmalarında vəziyyətin inkişafı üzrə mümkün fəlakət ssenarilərini qeyd ediblər.
Qazaxıstan mediası xəbər verir ki, ciddi ekoloji və iqtisadi problemlərə gətirib çıxaran iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin akvatoriyası həyəcanverici sürətlə kiçilir.
Lids Universitetinin alimləri qazaxıstanlı mütəxəssislərlə birgə araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, suyun səviyyəsinin cüzi enməsi belə Qazaxıstanın Xəzərdəki şimal sahillərinə təsir edə bilər.
Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır və bu, onu suyun səviyyəsinin aşağı düşməsinə son dərəcə həssas edir. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib.
Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə səylərinin pozulması ilə nəticələnəcək.
Qazaxıstanın sahilyanı şəhərləri, o cümlədən Aktau limanı və Xəzərin şimal hövzəsindəki əlaqədar neft və qaz obyektləri yeni sahil zolağından ayrılmaq riski altındadır. Bu, infrastrukturun genişmiqyaslı yenidən qurulmasını tələb edəcək və ciddi iqtisadi xərclərə səbəb olacaq.
Xəzər suitisi regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən yeganə dəniz məməlisidir. Çoxalması üçün onun qış buzuna ehtiyacı var, amma suyun səviyyəsinin 5 metr aşağı düşməsi bu ərazilərin yarıdan çoxunu məhv edə və onların populyasiyasını daha çox təhdid edə bilər(azertac).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi