10-08-2014 [23:16]
Qara dəniz sahilindəki Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliylə görüşən Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan yeni bir Qarabağ müharibəsi başlatmayacaqlarına söz verdilər.
Bunu Türkiyənin "Hürriyət” qəzeti yazıb.
Soçi şəhərindəki "Boçarov Ruçey” iqamətgahında prezidentlər İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirən Rusiya prezidenti Vladimir Putin "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin mövcud problemlərin yalnız sülh yolu ilə həll oluna biləcəyini dilə gətirməsini məmnuniyyətlə qarşılayıram. Ermənistan Respublikasının prezidenti Serj Sərkisyanın da həmfikir olması çox əhəmiyyətlidir”, -deyib.
Putin bildirib ki, iki ölkə liderindən eşitdiyi bu ifadələr keçmiş Sovetlər İttifaqı zamanından miras qalmış Dağlıq Qarabağ münaqişəsinin masa arxasında çözülməsinə imkan yaradır.
Qarabağ münaqişəsinin həllində çıxış yolu tapıla bilməsi üçün buna sağlam fikir və səbrli hərəkətlə davam etməyin vacibliyini önə çəkən Putin daha sonra əlavə edib: "Qarabağ böhranın çox uzandığının mən də fərqindəyəm. Problemin həlli üçün beynəlxalq miqyasda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu da səylər göstərir. Təbii, biz Rusiya olaraq həm coğrafi baxımdan yaxınlıq, həm də Azərbaycan və Ermənistanla tarixi əlaqələrimizə söykənərək, yeni təşəbbüslər irəli sürməyə çalışacağıq".
"Hürriyət” qəzeti yazıb ki, prezidentlərin budəfəki görüşündə gərginlik də yaşanıb. Belə ki, Əliyevlə Sərkisyan "yeni bir savaş əvəzinə sülh yoluyla həllin tərəfdarıyıq" demələrinə baxmayaraq, aralarında yenə də "söz atışması" olub.
İlham Əliyev son günlər cəbhədə artan gərginlik və Qarabağ probleminin 20 ildən bəri həll oluna bilməməsindən narahatlığını dilə gətirib və deyib ki, "BMT Təhlükəsizlik Şurası illər öncə işğal altındakı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən boşaldılmasına dair qətnamələr qəbul edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini hələ də niyə yerinə yetirmir?".
Azərbaycan prezidentinə cavab verən Serj Sərkisyan isə"BMT Təhlükəsizlik Şurasının Qarabağ mövzusunda bir deyil, tam dörd qərarı var. Görəsən Azərbaycan bu qərarlardan hansını yerinə yetirdiyini bizə söyləyə bilərmi?", - deyə, təəccüb doğuran açıqlama ilə çıxış edib.
Sərkisyanın Azərbaycanın BMT Təhlükəsizlik Şurasının hansı qərarını yerinə yetirməli olduğunu nəzərdə tutması qaranlıq qalıb.
"Hürriyət”in məlumatına görə, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan liderlərinin bir-birini günahlandıran bu açıqlamaları qısamüddətli toplantıda gərginliyin daha da artmasına səbəb olub.
Ancaq Sərkisyan son sözlərində bir qədər yumşaq tərzdə "mən Ermənistan Respublikasının prezidenti olaraq xalqım adına yenə də İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün gücdən istifadəyə üstünlük vermək istəmədiklərini söyləməsi hamımız üçün ümidvericidir", - deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi