Prezidentlərin Soçidəki üçtərəfli görüşü- Fotolar+Video+ Yenilənib

img

10-08-2014 [16:29]


Avqustun 10-da Soçi şəhərindəki "Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib.

"Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, avqustun 10-da Soçi şəhərindəki "Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.

***

İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: "Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var".

Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarından erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Təəssüf ki, 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalıb... Düşünürəm ki, Rusiyanın bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə ki, tənzimləmə prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar yolu ilə, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllini tapacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA