10-08-2014 [16:22]
Məlum olduğu kimi, bu gün ölkə ictimaiyyəti tərəfindən daha çox müzakirə olunan mövzulardan biri də məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən incidilməsi problemidir. Hətta ölkə prazidenti tərəfindən harınlamış məmurların kəskin şəkildə tənqid olunması da gözlənilən nəticələriverməyib. Bəziləri isə bu tənqiddən ümumiyyətlə heç bir nəticə çıxarmayıblar. Həm də bu tip problemlər daha çox bölgələrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu xüsusda Şəmkir rayonu da məmur özbaşınalıqlarının xüsusilə çox müşahidə olunduğu bölgələrdən biri kimi seçilir. Redaksiyamıza daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, əhalisi 200 min nəfərə yaxın olan bu rayonun sakinləri icra başçısının fəaliyyətindən son dərəcə narazıdırlar. Son vaxtlar ölkə mətbuatında da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun qeyri-qənaətbəxş fəaliyyətinə dair müxtəlif tənqidi materiallar dərc olunmaqdadır. Xüsusilə bu materiallarda icra başçısı tərəfindən rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara qarşı yolverilməz münasibət göstərildiyi qeyd olunur. Belə ki, bir müddət əvvəl Nazim Veysovun rayondakı bazarların fəaliyyətlərini nəzarətə götürmək və imkan dairəsində onları ələ keçirmək üçün müxtəlif üsullara əl atdığı barədə xəbərlər yayımlanmaqda idi. Mənbələr bildirirdilər ki, sahibkarlarla icra başçısı arasındakı problemin yaranmasının səbəbi bazarlardan əldə olunan gəlirdən ona pay verilməməsi ilə bağlıdır.
Həmçinin kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda Şəmkir RİH-nin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsinə yol verildiyinə dair məlumatlara da kifayət qədər rast gəlmək olur. Məsələn, ötən ilin sonlarında rayondakı mənbələrin təqdim etdiyi məlumatlarda göstərilirdi ki, Şəmkir-Kür qəsəbəsi yolunun bərpasına 3 milyon manat ayrılsa da, rayona həmin vəsaitin ancaq tən yarısı çatıb: "Əslində bu pulla da yolda təmir işlərini başa çatdırmaq olar. Amma icra başçısı Nazim Veysov ələ düşən fürsəti fövtə vermək niyyətində deyil. Odur ki, Şəmkirdə də bu ilin fevral ayından etibarən yolun inşası ilə əlaqədar pultoplama kampaniyasına başlanılıb”.
Bundan başqa redaksiyamıza daxil olan məlumatlarda da Şəmkir rayonu ərazisində fəaliyyət göstərən müxtəlif müəssisə rəhbərlərinin yol verdikləri qanun pozuntularına məhz N.Veysov tərəfindən rəvac verildiyi qeyd olunur. Nümunə kimi 107 saylı liseyin direktorunun RİH başçısı ilə əlbir olaraq məktəbyanı ərazilərin müxtəlif vətəndaşlara satması faktını göstərmək olar.
Aldığımız son məlumatlarda isə Nazim Veysovun Çinarlı qəsəbəsinin bəzi sakinləri ilə qeyri-sağlam "işgüzar” münasibətlərindən bəhs olunur. İlk növbədə qeyd olunur ki, bu Çinarlı sakinləri rayonda kifayət qədər tanınmış doqquz qardaşdır. İcra başçısı isə bu qardaşlardan biri olan Salman adlı şəxslə biznes əlaqələri qurub. Belə ki, əsas gəlir mənbələri Rusiya Federasiyasında qurduqları biznesdən olan bu qardaşlar Nazim Veysovun köməkliyi ilə Şəmkirdə böyük torpaq ərazilərini ələ keçirirlər. Bunun müqabilində isə icra başçısı qardaşların vasitəçiliyi ilə Peterburq şəhərindəözünə geniş biznes şəbəkəsi yaradır.
Lakin Nazim Veysovun ölkə daxilində malik olduğu biznesi də kifayət qədər tanınmış və etibarlı insanlarla ortaqlıq əsasında qurulub. Məsələn, icra başçısının belə iş ortaqlarından biri kimi, daxil olan məlumatlarda, Milli Məclisin Şəmkir rayonundan deputatı olan Məlahət İbrahimqızının adı çəkilir(gunxeber.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi