Daha bir əsgərimiz şəhid oldu, biri yaralandı - Rəsmi

img

10-08-2014 [12:27]


Dünən erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. 


Mia.az xəbər verir ki, bu məlumatı Müdafiə Nazirliyi yayıb. 

 

Nazirlik açıqlamada şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

Nazirliyin rəsmi məlumatında o da bildirilir ki, dünən erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.


Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA