Azərbaycanla Çin arasındakı viza rejimi ləğv olunacaq - Görüş oldu + FOTOLAR
16-04-2025 [19:04]
Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, iclasa Azərbaycan Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.
Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və mütəmadi təmaslar bu inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Qeyd olunub ki, ötən il Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixi hadisədir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.
Ticarət-iqtisadi sahədəki əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. İki ölkə arasında ticarət dövriyyəsinin artım meyli ötən il 21% (3.7 mlrd $) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37% -( $1,02 mlrd) artıq yüksəlib. Azərbaycan, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
Sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da qeyd edilib. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.
Bundan əlavə, Azərbaycan Prezidentinin Çinə qarşıdakı səfəri çərçivəsində Azərbaycanda BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsinə start veriləcək.
İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq strateji prioritet təşkil edir. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Azərbaycan bu sahədə böyük potensiala, Çin geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir.
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Bildirilib ki, 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86% (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələrdən – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizlərindən bəhs olundu. Bu layihələr Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulanıb. Baş nazirin müavini Şahin Mustafayev, Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib.
Regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etdiyi, Zəngəzur dəhlizinin reallaşmasının isə sülhə və təhlükəsizliyə xidmət edəcəyi, Orta Dəhlizin tərkib hissəsi kimi “Kəmər və Yol” layihəsinə də mühüm töhfə verəcəyi bildirilib.
Çin Xalq Respublikasının kommersiya nazirinin müavini və Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci, ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırıb. Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğu bildirilib.
Bununla yanaşı, Lin Ci Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edib.
Çin rəsmiləri qarşılıqlı investisiyaların və ticarətin genişlənməsində maraqlı olduqlarını bilirdilər və Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklifi ilə çıxış ediblər.
İclasda qeyd edilib ki, Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin bərpasında özünü daha qabarıq şəkildə nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.
Qeyd edilib ki, turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir. Qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb.
Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında İT, kosmik sənaye, yüksək texnologiyalar, səhiyyə və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları da geniş müzakirə olunub. Yaxın vaxtlarda Azərbaycan Prezidentinin Çinə planlaşdırılan səfərinin iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcəyinə əminlik ifadə edilib. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və milli-iqtisadi maraqlara uyğun bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.
Müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması qərara alınıb. Bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.
İclasın yekununda Birgə İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu və Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının Protokolu imzalanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi