10-08-2014 [00:22]
ABŞ İŞİD qüvvələrini bombaladıqdan sonra gözlər Obamaya çevrilmişdi. Çünki bu "Amerika İraqa yenidən girəcəkmi” sualını meydana çıxarırdı. Lakin Obama həftəlik radio çıxışında bu məsələyə nöqtə qoydu: "ABŞ İraqın təhlükəsizliyini təmin edə bilməz. Biz sadəcə yardım edə bilərik. İraqda bir an öncə bütün xalqları birləşdirən və razı salan hökumət qurulmalıdır”.
Obama eyni zamanda "İŞİD problemini çözəcək olan ABŞ ordusu deyil, qanuni hökumətin qurulmasıdır” deyərək, Malikiyə də mesaj göndərdi.
Sünni ərəblərə "İŞİD Malikiyə qarşı tək vasitə olmamalıdır” deyən ABŞ prezidenti "Bu barbar terror təşkilatına qarşı bütün qruplar birləşməlidir. İŞİD-ın bu qədər sürətlə İraqda irəliləməsinin günahı İraq ordusundadır. Biz İraqdakı əməliyyatların nə qədər davam edəcəyini bilmirik. Bir neçə həftəyə bu problem həllini tapmayacaqdır.
"İraqın güclənməsi, haqqı pozulan milli azlıqların məmnun edilməsi zaman alacaq. İraq uzun bir layihədir. Mən istəsəydim belə İraqda əsgər saxlaya bilməzdim. Çünki İraq hökuməti istəmədi. İraq hökuməti sünni liderlərini hədəf almasaydı, onlara qarşı təzyiqlər göstərməsəydi, bizim əsgərlərimiz olmadan hər şey daha yaxşı olardı” deyən Obama sözlərini, "IŞİD-ın Suriya və İraqı əhatə edən bir "Xəlifəlik” qurmasına icazə verməyəcəyik. Lakin bölgədə partnyorlarımız bizimlə birlikdə hərəkət etsə mübarizəyə davam edə bilərik. Ancaq daha geniş çərçivədə baxdığımızda diqqət çəkmək istədiyim nöqtə bu; İraqın təhlükəsizliyini təmin etmənin mənim işimmiş kimi görünməsini istəmirəm "şəklində davam etdirdi.
ABŞ prezidenti son olaraq, xalqına "İraqda daha başqa bir savaşa sürüklənməyəcəyi” sözünü verdi.
Obama nə demək istədi?
Amerika Prezidentinin "İŞİD və İraq” çıxışı bir neçə nöqtəni özündə birləşdirir.
- Birmənalı şəkildə ABŞ yenidən "İraq cəhənnəmi”nə qayıtmaq istəmir. Bu səbəbdən də bölgəyə yenidən qayıtmaq əvəzinə hava hücumları ilə İraqı yenidən dizayn etmək istəyir.
- ABŞ İŞİD ilə bərabər Malikinin də getməsinə tərəfdardır. Malikinin İrana daha yaxın siyasət izləməsi Amerikanın maraqlarına uyğun deyil və onun artıq baş naziri istənilmir. Bu səbəbdən də, İraqdakı seçkilərin ardından İŞİD-ın İraqa geri dönməsi əslində Malikini devirmək planının tərkib hissəsi də sayıla bilər. ABŞ prezidentinin İraqla bağlı çıxışında İŞİD-dan daha çox Malikisiz hökumətin vacibliyini vurğulaması da bunu göstərir.
- Malikinin getməsini sadəcə ABŞ deyil, İraq parlamentində ikinci güclü şiə qrupu olan Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Əhrar Hərəkatı da istəyir. Sədr Malikiyə lazım olan dəstəyi verməyəcəklərini, lakin baş nazirin daxil olduğu Qanun Dövləti Koalisiyasının başqa namizəd irəli sürəcəyi təqdirdə qərarlarına yenidən baxılacağını bildirib. Yəni, Maliki məsələsində sünni qruplarla Sədr eyni mövqeni paylaşırlar-Obamanın istədiyi də budur: 328 deputatın təmsil olunduğu İraq Parlamentinin mütləq çoxluğunun dəstəklədiyi bir hökumətin qurulması ki, bu Maliki ilə mümkün görünmür.
- Obamanın "biz xilafətə icazə verməyəcəyik” sözləri ilə yanaşı İŞİD ilə mübarizədə davamlılığa müsbət yanaşmaması bölgənin gələcəyi üçün yeni bir problemin davam edəcəyini göstərir. Yəni, İŞİD qalacaq, lakin ABŞ İŞİD-ın özünə sərhəd çəkib, dövlətləşməsinə imkan tanımayacaq. Hətta Maliki məsələsi Amerikanın istədiyi kimi yekunlaşarsa, İŞİD İraqın Suriya sərhədlərinə qədər çəkilərək, öz mövcudiyyətini sərhəd səhra-çöl ərazilərində davam etdirəcək.
Görünən odur ki, İŞİD Amerikanın bölgədəki yeni dəyənəyi rolunu oynayacaq. ABŞ-ın çəkdiyi xəttdən kənara çıxan dövlətlər İŞİD problem ilə üzləşəcəklər…
Aqil ƏLƏSGƏR,
yenicag.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi