"O, doqquz Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib" - Bakıda məhkəmədə şok ifadələr səsləndi
15-04-2025 [09:16]
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən Martin Ryan deyib ki, onun məqsədi iş adamı olaraq ölkəsinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmaq olub:
"Mən bir Fransa vətəndaşı kimi ölkəmin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmağı vacib bilirdim. Bu məqsədlə səfirliyin əməkdaşları ilə şəxsi münasibət qurmuşdum. Mən Frederik Devosla söhbət zamanı onun potensial casus olduğunu anladım. Onlarla tez-tez görüşmürdüm. Məqsədim agent kimi işə cəlb edilmək deyildi, sadəcə ölkəmin buradakı nümayəndəliyi ilə əlaqə qurmağa çalışırdım. Onlarla pul müqabilində tanışlıq yaratmamışdım. Fransa səfirliyi ilə olan əlaqəmi Azərbaycandakı qurumlara bildirsəydim, ölkəm bunu xəyanət kimi qəbul edəcəkdi. Həmçinin onların agent olması barədə əlimdə kifayət qədər sübut yox idi. Düşünürəm ki, onların bizə olan davranışları barədə gərək öz Xarici İşlər Nazirliyimizə məlumat verərdim".
Martin Ryanın sözlərinə görə, səfirlik əməkdaşları ilə Azərbaycan və Ermənistan arasında olan 44 günlük müharibə zamanı daha sıx görüşüblər.
"Mənim onlarla görüşməyimin hər hansı bir təhlükə yaradacağı barədə soruşmuşdum. Onları xüsusi xidmət orqanlarının əməkdaşı kimi yox, Fransadan Azərbaycana akkreditasiya olunmuş diplomatlar kimi görürdüm. Mən şübhələnirdim ki, izlənirik. Bu barədə Azada deməmişdim. Loranın Azadla da şəxsi münasibəti var idi. Frederiklə də görüşəndə Azad barədə soruşurdu. Hətta o, bir dəfə mənə zarafatla Azadın Rusiya ilə bağlı məlumatları ötürdüyünü demişdi", - Martin Rayan deyib.
Prosesdə təqsirləndirilən Azad Məmmədli də ifadə verib. O, Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olmadığını bildirib:
"Fransa səfirliyinin əməkdaşları mənə məxfi əməkdaşlıq təklif ediblər, lakin rədd etmişəm. Britaniyada olanda Martin ilə telefon danışığım olub. Bu telefon danışığı ittiham aktında da yer alıb. Buna əsasən ittiham edilirəm. Mənə qarşı irəli sürülən digər ittiham da Azərbaycan - İran, Azərbaycan - Ermənistan arasında olan münasibətlər barədə məlumat ötürməklə bağlı olub. Mənim bu münasibətlərlə bağlı fikirlərim sadə vətəndaş kimi subyektiv fikirlər olub. Burada hər hansı bir məxfilik olmayıb".
Azad Məmmədlinin sözlərinə görə, Martin Ryan ibtidai istintaqa onun Frederik Devosa Rusiya barədə məlumatlar ötürdüyünü deyib:
"Bu məlumatlar yalandır. Mən Rusiyada yaşayan dostum A.Ş.-i bir dost kimi Martinlə tanış etmişəm. Martin yalandan deyib ki, guya mən A.Ş-lə bağlı məlumat ötürmüşəm. A.Ş-in bu işə heç bir aidiyyəti yoxdur. Həmçinin mənə irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlərim olub. Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim".
Azad Məmmədli əlavə edib ki, Frederik Devos ona Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Avrasiya İttifaqının tədbiri barədə suallar verib:
"Mən ona yox cavabı vermişəm. Azərbaycan bu ittifaqa üzv deyil, lakin buna görə mən dövlətə xəyanətdə ittiham edilirəm. Martin məndən xəbərsiz bütün məlumatlarımı Frederikə ötürüb. Cinayət işinin materialları ilə tanış olub Martin Ryanın 44 günlük müharibə zamanı Azərbaycanın müdafiə qabiliyyəti barədə 50-yə yaxın məlumat ötürdüyünü görmüşəm. Həmçinin o, doqquz nəfər Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib. Mən də onun toruna düşərək qurban olmuşam. Mənim səhvim odur ki, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşları mənə müraciət edəndə Azərbaycanın müvafiq qurumlarına məlumat verməmişəm".
Hər iki təqsirləndirilən ifadə verəndən sonra hakim onların ifadələrində kəskin ziddiyyət olduğunu deyib. Buna görə də növbəti prosesin sual-cavaba ayrılacağını bildirib.
Proses mayın 19-da davam edəcək.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
Yeni qurulmuş dəmiryolu körpüsü çöküb, mətbuat katibi isə deyir ki... - "Məsuliyyəti kimin boynundadır?" (FOTO)
Vəkil Mərkəzi Bankdakı görüşdən danışdı: "Məmurların maaşı və pensiyaları..." - "Kapitalbank" və "Beynəlxalq Bank"ın hegemonluğuna son qoyulur
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək
İsrail ordusu 12 yaşlı fələstinli uşağa atəş açıldığını təsdiqləyib: "Məcbur qaldıq"
Müdafiə Nazirliyi: "5 PKK terrorçusu təslim olub"
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
“Aztelekom”un keçmiş rəhbərinin diplomat oğlunun 1.3 milyonu... - "Türkiyədə yaşayıram, orada..." - Elariz Məmmədoğlunun kürəkəni ifadəni rədd etdi
Azercell audiokitabları hər kəs üçün əlçatan edir!
Məhkəmə sədri təqaüdə göndərilib
“NomadMania” səyyah klubu üzvləri Şuşaya səfər edib
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək
"Kapital Bank"ın CASHBACK tələsi - "İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır"
Lerikdə mikroavtobus aşıb: ölən və yaralananlar var
Vitse-spiker: "Konstitusiya islahatları davamlı olmalı və ona dəyişiklik və əlavələr edilməlidir”
Dövlət Agentliyi 2.1 milyonlq tenderi ləğv etdi
Mədət Quliyev bu vəzifədən istefa verdi
Bank kartlarından oğurluqlar davam edir - Xəbərdarlıq
Bu gün Əvəz Zeynallı və Ələsgər Məmmədli azadlığa buraxılacaq?
Azərbaycan neftinin qiyməti 2 dollardan çox ucuzlaşdı
ÇİN "BOEİNG"İ ÇÖKDÜRÜR, ŞİRKƏT HƏYƏCAN İÇİNDƏDİR - "Trampın Pekinlə orta yolu tapmasına ümidliyik"
"Bu, təxribatçı və qızışdırıcı bir aktdır" - Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya
İŞBAZLARIN HİYLƏSİ: Bakıda böyük söküntü başlayır - Ucuz alınan evlərin yerində tikilən binalardakı mənzillər niyə 2-3 dəfə baha satılır?
Vatikanda gərginlik - Korrupsiyada ittiham olunan kardinal Papa seçkisində səs vermək istəyir
"Mən çayçı deyiləm çay verim" - Nadir Faiqin sözlərinə hiddətləndi
İlham Əliyev “Energy China” şirkətinin rəhbəri ilə görüşüb - Nələr müzakirə olunub? + FOTOLAR
İstanbulda zəlzələ davam edir - Şəhər 4.1 bal gücündə silkələnib
Ərdoğan AFAD mərkəzində: "Heç bir problem yoxdur"
Türkiyədə daha 3 şəhərdə məktəblər bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektor müğənninin konsertini ləğv edib - Bu səbəbə görə
Sahibə Qafarova ilə Numan Kurtulmuş arasında telefon danışığı olub
İstanbulda ard-arda 127 zəlzələ... - "Bütün binalar 4 gün içində bir-bir yoxlanılacaq"
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr (TƏHLİL)
Mahmud Abbas: "Böyük fəlakətlə üz-üzəyik"
BMT baş katibi: "Türkiyə dövləti və xalqı ilə tam həmrəyik"
Hadi Rəcəblinin oğlu ilə bağlı maraqlı xəbər yayılıb
Yüzlərlə insanı əsirlikdən qurtardı, 32 il sonra Cəbrayıla döndü: "Dedim ki, indi rahat yatın"
Əfv Komissiyası daha 100 müraciəti araşdırıb
Daha 57 maşın hərracda satılıb
İstanbulda məktəblər bağlanıb - Qərar verildi