Litva Rusiyadan hücum gözləyir - 540 min əhali işğal ssenarisinə hazırlanıb
24-04-2025 [10:43]
Litvanın paytaxtı Vilnüsdə Rusiyanın mümkün işğalı zamanı genişmiqyaslı təxliyə planının detalları ictimaiyyətə açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vilnüs şəhər meriyasının plana əsasən, düşmən qoşunlarının şəhəri ələ keçirməsi ehtimalı yaranarsa, şəhərin təxminən 540 min sakini sistemli şəkildə təxliyyə olunacaq.
Məlumatda açıq qeyd edilib ki, təxliyə planı Rusiyanın Ukraynaya davam edən hücumlarından sonra bölgədə artan təhlükəsizlik narahatlıqları fonunda hazırlanıb: "Bunun üçün 150 marşrut təyin olunub.. Hər məhəlləyə xüsusi toplaşma və çıxış məntəqələri ayrılıb. Vətəndaşlara mümkün evakuasiya əmri barədə SMS, siren və hazırlanmaqda olan xüsusi mobil proqram vasitəsilə məlumat veriləcək. Paralel olaraq, bəzi yolların və körpülərin genişləndirilməsini nəzərdə tutulur".
Vilnüs meri Valdas Benkunskas təxliyyə planının yalnız hərbi müdafiənin yetərli olmadığı təqdirdə həyata keçiriləcəyini xüsusi qeydedib: "Bu, nə düşmənin hücum anını yaxınlaşmasından, nə də belə bir ehtimal olarsa, tələsik geri çəkilmə kimi anlaşılmamalıdır. Yni, panikaya ehtiyac yoxdur. Sadəcə, planın açıqanması mülki əhalini marifləndirmək məqsədi daşıyır. Panikaya səbəb yoxdur".
Məlumat üçün qeyd edək ki, ölkə Rusiya və Belarus sərhədindədir. Vilnüs Belarus sərhədindən cəmi 35 kilometr məsafədədir.
Rusiyanın yaxın müttəfiqi olan Belarusda isə minlərlə rus əsgəri var və 2022-ci ildə buradan Ukraynanın paytaxtı Kiyevə uğursuz işğal cəhdi üçün tramplin kimi istifadə edilib.
Onu da qeyd edək ki, Litva da NATO üzvüdür və Kalininqradla həmsərhəddir. Baltik dənizində yerləşən Kalininqrad Rusiyanın ən güclü hərbiləşdirilmiş bölgələrindən biridir.
Hərbi ekspertlərin fikrincə, Litva ilə Polşa arasında olan ensiz torpaq zolağı olan Suvalki dəhlizi NATO-nun müdafiəsi baxımından "kövrək ərazi" hesab olunur. Bu ərazinin işğalı Polşa ilə Baltikyanı ölkələr arasında quru əlaqənin kəsilməsi demək olacaq
Xatırladaq ki, 1990-cı ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edən Litva Avropa İttifaqı və NATO ilə sıx əlaqələr qurub. Bu ölkə Ukraynaya güclü dəstəyi ilə tanınır və tez-tez Kremlin ekspansionist siyasətinin region üçün yaratdığı risklər barədə xəbərdarlıq edir.
Samir Musayev
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı