Vəkil Mərkəzi Bankdakı görüşdən danışdı: "Məmurların maaşı və pensiyaları..." - "Kapitalbank" və "Beynəlxalq Bank"ın hegemonluğuna son qoyulur
24-04-2025 [13:36]
"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəki kimi açıq müzakirə oldu. Həmişəkindən bir qədər gərgin. Fikir ayrılıqlarına baxmayaraq, 30-dan çox sual ətrafında konsturktiv müzakirələr oldu: pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür".
Mia.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək: "Əslində, qanunla da bu belədir, amma riayət olunmur. Bundan başqa, islam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir".
Ə.Həsənov əlavə edib ki, ötən il Dövlət Vergi Xidmətinin rəhbəri də oxşar tədbir keçirib: "Amma görüş belə səmimi alınmadı və ardı olmadı. Mərkəzi Bankın sədri isə ildə iki dəfə bu cür görüşlər keçirir və hər dəfə də bütün suallara dolğun cavablar verir. Razılaşdığımız və razılaşmadığımız məqamlar var, amma dialoqun olması müsbət haldır. Digər dövlət qurumlarına ibrət olsun. Yalandan formal ictimai şuralar yaratmaqla deyil ki...".
Xatırladaq ki, ölkəmizdə məmurlarınmaaşı və pensiyalar "Kapitalbank" və "Beynəlxalq Bank" vasitəsilə ödənilir.
İndisə belə görünür ki, həmin bankların digər banklar üzərindəki hegemonluğuna son qoyulacaq.
Samir Musayev
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb