Yüzlərlə insanı əsirlikdən qurtardı, 32 il sonra Cəbrayıla döndü: "Dedim ki, indi rahat yatın"
23-04-2025 [18:35]
(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" mövzusu üzrə hazırlanıb)
1991-1993-cü illərdə Əsir və Girovların İşləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinin rəhbəri, yüzlərlə insanı düşmən əsirliyindən azad edən Qarabağ müharibəsi veteranı Vaqif Əlisoyun Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
- Vaqif müəllim, Cəbrayil şəhərindən çıxanda neçə yaşınız var idi?
- Cəbrayıldan çıxanda 38 yaşım var idi, cavan adam idim, indi 70 yaşım var, qocalmışam. Yaşadıqlarımı sözlə ifadə etmək çətindir. Deyirəm, ay Cəbrayıl, sənə canım qurban, nə yaxşı, sən bizi yenidən qoynuna aldın, torpağında ölüm. Sənin qəribçiliyin bizi qocaltdı. Biz sənsiz necə yaşamışıq?
- Cəbrayıla nə vaxt qayıtmısınız?
- Ötən ilin sentyabrından Cəbrayıl şəhərində yaşayıram. Dövlət mənə iki otaqlı ev verib, hər şəraiti də var. Torpaqların işğaldan azad olunması, Qarabağa, doğma torpağa qayıtmaq mən və mənim kimi qarabağlılar üçün ikinci həyatın başlanığıcı kimidir. Ali Baş Komandan Xankəndidə Azərbaycan bayrağını qaldıranda mənim kimi sevinən bəlkə də olmamışdı. O gün dünyaya yenidən gəldim. Mən tək-tük hallarda Şəhidlər Xiyabanına gedərdim. Xankəndidə bayraq qaldırılandan sonra birbaşa Şəhidlər Xiyabanına getdim və döyüşçü qardaşlarımı ziyarət edim. Dedim ki, indi rahat yatın. Cəbrayılda gedən döyüşlərdə iştirak etmişəm. Həmin döyüşlərin birindən sonra içidolu evlərimizi qoyub çıxdıq. Amma qayıdanda ata yurdumuzu viran görəndə dizlərimiz büküldü, hər yeri yerlə-yeksan etmişdilər.
- 32 ildən sonra ilk dəfə evinizdə Yeni ili, Novruz və Ramazan bayramını qarşıladınız?
- Azərbaycan dövləti heç kəsdən yardım istəmədən torpaqlarımızı geri aldı. 32 ildən sonra Cəbrayılda toy şənliyi keçirildi. Bu gün Cəbrayılda insanların yaşaması üçün dövlət hər şərait qurub. Hər bir ev ayrıca isti-soyuq su, kombi sistemi, interneti və s. ilə təmin olunub. Düzdür, müəyyən problemlər var. İş olan yerdə problemlər də olacaq.
- Yerli sakinlərin qarşılaşdığı problemi nədir?
- Yeni-yeni iş yerlərinin açılması planlaşdırılır. Bu torpaqlarda quruculuq işləri aparmaq çətindir. Biz deyirdik ki, təki torpaqlarımızı alaq, ora iməkləyə-iməkləyə gedərik, çadırlarda yaşayarıq. İndi burada gözəl evlər tikilir, hər cür infrastruktur yaradılır. Burada problemlər ancaq işlə əlaqədardır. Elə bir məktəb tikilib ki, bəlkə də Azərbaycanda elə məktəb yoxdur. Məscidimizin bünövrəsi qoyulub, hazırda tikinti gedir. Tikiş sexləri açılır, insanların normal yaşaması üçün hər şey edilir. Problem ancaq işlə təminatdadır. İnanıram ki, bu problem tez bir zamanda həllini tapacaq. Darıxmaq lazım deyil, Allahımıza şükür edək ki, Cəbrayıla qayıtdıq. Bu torpaqda canını güllə qarşısına verən şəhidlərin ruhu şad olsun, qazilərimizə can sağlığı nəsib olsun, bu sevinci mənə bəxs etdiyinə görə Ali Baş Komandana minnətdaram.
- Əkin-biçin vaxtıdır, yerli sakinlərə bostan əkmək üçün torpaq payı ayrılıb?
- Bu yaxınlarda kim torpaq sahəsi istəyirdisə, siyahı tutuldu, müəyyən sahələr ayrıldı. Daha böyük kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər də var. Nazirlik onlara yer ayıracaq. Hazırda torpaq sahələri üçün müraciət edənlərin siyahısı hazırlanır. Burada olan yerli sakinlərin hamısı bostan əkməyə hazırlaşır.
- 32 il şəhərdə yaşayan, yüzlərlə dostu-tanışı olan Vaqif Əlisoy dağların arasında darıxmır ki? Darıxanda hara gedirsiniz?
- Mən dəhşətli müharibə, əsir, girovlar görmüşəm. Mənim üçün darıxdırcı heç nə yoxdur. 30 il susmadım, torpağım qayıtsın deyə saytlara, telekanallara müsahibələr verdim, yazdım. Bu günü hər an gözlədim. Darıxanda dağlara çıxıram, uşaqlıq illərimi yada salıram, gəzirəm. Bu dəqidə hər yan yaşıllıq içərisindədir. Bu torpağın hər qarışı qanla suvarılıb. Darıxmaq nədir? Vətən torpağında adam darıxmaz. Özüm də tək yaşayıram, həyat yoldaşım rəhmətə gedib. Mənim üçün tək yaşamaq çətin deyil, ona görə ki, ayağımın altında torpaq var. Arada qızım gəlir, yuyur, təmizləyir, gedir.
- Niyə evlənmirsiniz?
- İstəmirəm bu saatdan sonra evliliyi. Birinci Qarabağ müharibəsindən sonra "Kaş gözlərim kor olaydı" adlı kitab yazdım. İndi də onun ikinci hissəsini yazıram. Kitabda başıma gələn əhvalatlar, döyüş yolum yer alıb. Mən həm də ikitərəfli qarabağlıyam. Anam Qubadlıdan, atam isə Cəbrayıldan. İnsan hara gedir-getsin, sonda kəndinə qayıdır. Gələcəkdə Cəbrayıl daha işıqlı olacaq.
Bahar Rüstəmli
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub