“Aztelekom”un keçmiş rəhbərinin diplomat oğlunun 1.3 milyonu... - "Türkiyədə yaşayıram, orada..." - Elariz Məmmədoğlunun kürəkəni ifadəni rədd etdi
24-04-2025 [12:28]
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadənin 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.
Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvcəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min manat etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.
Fotoda: Məhəmməd Məmmədov

Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.
“Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”, - deyə o cavab verib.
Fotoda: Nizami Alışan
.jpeg)
Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb. Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib: “Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır. Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babəklə Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi”.
Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.
Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb