Müdafiə Nazirliyi: "Azadlıq Radiosu"nun yaydığı xəbər yalandan başqa bir şey deyil"

img

09-08-2014 [14:55]


Yerli sakinlərin dedikləri ilə Müdafiə Nazirliyinin verdiyi məlumat arasında təzad yaranır. Nazirliyin yaydığı məlumatda Ermənistanın kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi və onlardan birinin, Karen Petrosyanın tutulduğu, 4 nəfərin öldürüldüyünü bildirib. Məlumatda sakinlər tərəfindən o da bildirilir ki, Tovuzun Ağ Bulaq kəndiylə erməni qüvvələrinin arasında üç kilometr olsa da, onları yağı düşməndən qoruyacaq bir dənə də olsun post yoxdur. Onun ucbatından ermənilər kəndə nə zaman istəyir gəlib - gedirlər. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəriVaqif Dərgahlıya müraciət etdik. Cənab Dəgahlı isə XeberLent.az informasiya agentliyinə yayılan xəbərlərə şərh verərkən bunları dedi: "Sualınıza cavab verməzdən əvvəl, elə bu sualı sizə ünvanlayıram, sizcə bu cür ola bilərmi? Xeyr, bu, açıq-aydın yalandır. Biz düşmənlə sərhəd olan bütün nöqtələrimizdə postlar və nəzarət məntəqələri qurmuşuq. Sadəcə bu vətəndaşlar və "Azadlıq Radio”sunun uydurmasıdır. Hazırkı durumda ümumi qələbəmiz üçün biz bir olmalıyıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA