Hərbi hissədə səfərbərlik hazırlığı

img

09-08-2014 [14:49]


Müdafiə Nazirliyinin hərbi hissəsinin taktiki təlim bazasında şərti səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib.

APA-nın Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan Ordusu” qəzetinə istinadən verdiyi məlumata görə, toplanışda səyyar tipli şəxsi heyətin qəbulu məntəqəsi yaradılıb və dinləyici zabitlərə ehtiyatdan gələn hərbi qulluqçuların siyahılara uyğun vəzifələrə təyinedilmə qaydaları izah olunub.

Müdafiə Nazirliyinin məsul zabiti, polkovnik Elçin Daşpoladov bildirib ki, səfərbərlik elan olunduqda döyüşən hərbi hissələrdə səhra tipli şəxsi heyətin qəbul məntəqələri yaradılır. Təlimin əsas məqsədi döyüşən hərbi hissələri komplektləşdirməkdir.

Nazirlik nümayəndəsi qeyd edib ki, Silahlı Qüvvələrin növləri, birlik, birləşmə və hərbi hissələrin səfərbərlik işinə cavabdeh şəxsləri ilə şəxsi heyətin qəbul məntəqəsinin təşkili üzrə nümunəvi məşğələ ilk dəfədir keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA