09-08-2014 [14:39]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedyarov ölkə başçısının sərəncamı ilə bu posta təyin olunandan sonra rayonda abadlıq quruculuq işləri daha da sürətlənib. Bu ilin ötən dövrü ərzində atılan addımlar da buna əyani sübutdur.
Gədəbəy rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan RİH başçısı Ramiz Yediyarov müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə və dinamik sosial-iqtisadi inkişafın möhkəmlədirilməsinə nail olunmasından danışdı. RİH başçısı həmçinin bildirdi ki, son on ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması,ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi,müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
2014-cü ilin birinci yarısında Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən böyük işlər davam etmişdir. Samanlıq kəndində 180, Arıqdam kəndində 480 şagird yerlik tam orta məktəblər və Gədəbəy şəhərində Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmiş, 180 şagird yerlik İsalı kənd tam orta məktəbinin, Gədəbəy şəhərində və Novosaratovka kəndində uşaq bağçalarının tikintisi davdam etdirlir.
Möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamları ilə tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılmış 56 km olan Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun 48 km-i asfaltlaşdırlmış, 8 km-də isə qurunt işləri aparılmış, üzunluğu 13,3 km olan Qarıkənd-Miskinli-Çalburun və 5 km olan Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
Eyni zamanda rayonumuzda aparılan abadlıq işləri davam etdirilmişdir. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhərin 20 yanvar küçəsi əsaslı şəkildə yenidən qurulmuş,müasir işıqlandırma sistemi quraşdırılmış, istinad divarları çəkilmişdir.
Heydər Əliyev parkının şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan "Amfiteatr”da son tamamlama işləri aparılır. Rayon mərkəzində "Saat qülləsi”nin inşası başa çatdırılmış və ətrafında abadlıq işləri aparılmışdır. Bundan əlavə Rayon Polis şöbəsinin, Föqəladə Hallar Nazirliyinin rayon şöbəsinin və Baytarlıq idarəsi üçün inzibati binalarda tamamlama işləri aparılır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
2014-cü ildə də Dövlət Proqramlarına uyğun olaraq, rayonumuzun sosial-iqtisadi inkişafını davam etdirəcəyik. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış etmişdir.
06 avqust 2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Göyəlli kənd mədəniyyət evində kənd sakinləri ilə görüş keçirmişdir. Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. RİH Başçısı Ramiz Yediyarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatmasından Gədəbəy-Nosaratovka-Qaravəlilər avtomobil yolunun qalan 8 km hissəsinin yaxın günlərdə başa çatmasını qeyd etdi. Bütün bu işlərin ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirildi. RİH başcısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara lazimi göstəriş verdi.
7 avqust 2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Plankənd kənd mədəniyyət evində kənd sakinləri ilə görüş keçirib. Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. RİH Başçısı Ramiz Yediyarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatmasını və Gədəbəy-Nosaratovka-Qaravəlilər avtomobil yolunun qalan 8 km hissəsinin yaxın günlərdə başa çatmasını qeyd edərək və gələcəkdə rayonda həyata keçiriləcək bəzi layihələr barədə məlumat verdi. Bütün bu işlərin ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirildi. RİH başcısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı təşkilatlara lazımi göstəriş verdi.
Bir neçə kənd ağsaqqalları çıxış edərək Gədəbəy rayonunda aparılan abadlıq quruculuq işlərinə və onlara göstərilən diqqətə, qayığıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gədəbəy RİH başçısına öz minnətarlıqlarını bildirdilər.
Hüseyn İsgəndərov


.png)

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi