Prezidentlər sabah görüşəcək

img

09-08-2014 [14:37]


Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü sabah baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə Soçidə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.
"Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır”, - deyə Məmmədov yazıb.
Xatırladaq ki, Kremlin Soçi görüşü ilə bağlı yaydığı xəbərdə üçtərəfli görüş, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirəsi ilə bağlı heç bir məlumat yerləşdirilmədiyi üçün Əliyevlə Sərkisyanın görüşməyəcəyini rusiyalı politoloqlar iddia etmişdilər. Lakin politoloqlar Putinin apardığı danışıqlara tərəflərin verdiyi reaksiyadan asılı olaraq, üçtərəfli görüşün mümkünlüyünü istisna etməmişdilər. Üçtərəfli görüşün yalnız müəyyən razılaşmalar olduğu halda gerçəkləşəcəyi iddia edilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA