Sahibkar qadınları bələdiyyələrin işinə fəal cəlb edək...

img

08-08-2014 [23:38]


"Qadınlar Gələcək Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yerli özünüidarəetmə orqanlarında sahibkar qadınların təmsilçiliyinin artırılması” adlı layihə həyata keçirir. 

Layihənin məqsədi sahibkar qadınları bələdiyyələrin işinə fəal cəlb etmək, bələdiyyələrdə sahibkarların təmsilçiliyini artırmaqla yerli özünüidarəetmə orqanları ilə özəl sektor arasında əməkdaşlığı gücləndirməkdir. Layihə çərçivəsində Bakı və Şirvan, Yevlax, şəhərlərində, Salyan, Tərtər, Bərdə rayonlarındabələdiyyə üzvləri üçün maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulmuşdur. 15.07.2014 cü il tarixindən başlayaraq Bakı, Şirvan, Yevlax, şəhərlərində, Salyan, Tərtər, Bərdə rayonlarında bələdiyyə üzvləri üçün dəyirmi masalar keçirilmişdir.Tədbirdə qadınların siyasi iştirakçılığıının hüquqi əsasları və əhəmiyyəti, qadın liderliyində iqtisadi müstəqilliyin verdiyi imkanlar, bələdiyyələrin fəaliyyətinin yaxşılaşmasında sahibkarların, o cümlədən qadın sahibkarların rolu, yerli problemlərin həllində bələdiyyələrlə özəl sektorun əməkdaşlığının əhəmiyyəti kimi məsələlər müzakirə olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA