Gənclər arasında Bakı-2015 ilk Avropa Olimpiya Oyunları ilə bağlı layihəyə start verildi

img

08-08-2014 [19:22]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı Həzrət Qonaqovun  "Avrolimp Düşərgəsi” adlı fərdi layihəsinə start verilib.  Proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində "C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub.

 

Layihə direktorunun verdiyi məlumata görə, "Avrolimp Düşərgəsi"nin başlıca məqsədi dövlətimizin ev sahibliyi etdiyi ilk Avropa Olimpiya Oyunlarının gənclər arasında təbliğatıdır.  Gənclərin "Avrolimp Düşərgəsi" layihəsində maarifləndirmə və təbliğat xarakterli seminarlar keçiriləcək. Seminarlarda nailiyyət qazanmış idmançılarımızın iştirakına da diqqət yetiriləcək. Bunda məqsəd onların da öz bacarıq və təcrübələrini, digər maarifləndirici məlumatları paylaşmaq və gənclərimizin inkişafına stimul verməkdir. Burada olimpiya oyunları ilə bağlı müxtəlif video-çarx və təqdimatlar izləniləcək.

 

Kampın bu aktivitələrində iştirak gəncləri həm idman tarixi ilə yaxından tanış edəcək, həm də sözügedən olimpiya oyunlarında ölkəmizə gələcək idmançılar və əcnəbi turistlərlə ünsiyyətin qurulmasında, bu oyunlar çərçivəsində baş tutacaq bir mədəniyyətlərarası dialoq platformasında gənclərin özünü düzgün təqdim etməsinə imkan verəcəkdir. Layihənin iştirakçıları xüsusi sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırılacaqdır.

 

14-29 yaş arası istənilən gənc layihədə iştirak edə bilər, gender məhdudiyyəti yoxdur. Layihə ümumilikdə 16 iyul - 16 sentyabr tarixlərini əhatə edir. Layihə 3 mərhələdən ibarət olacaq:
1. Layihənin hazırlıq dövrü

2. İştirakçıların seçimi

3. Düşərgəyə hazırlıq və düşərgəni keçirilməsi

 

Xatırladaq ki, 31 iyul – 30 avqust, 2014-cü il tarixində online ərizə forması ilə müraciətlər qəbul olunacaq. Düşərgə Quba rayonunda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA