Naxçıvan şəhərində uzunömürlü Xan çinarlar əkilir
08-04-2025 [22:26]
Əli Cabbarov
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Ötən həftədən başlayaraq Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində əkilən beş illik Xan çinar fidanları sakinlərin və bölgəmizə səyahatə gəlmiş qonaqların böyük marağına səbəb olub. Belə ki, təkcə yaşıllıq deyil, eyni zamanda tarix boyunca Azərbaycan şəhərlərinin yaraşığı olmuş xan çinarlar uzunömürlülük və vüqar simvolu, eyni zamanda gözəllik, təmizlik və sərinlik mənbəyi də olmuşlar. Odur ki, hər yayin istisində şəhərmizin mərkəzindəki cəmi üç çinar ağacının sərin kölgəsindən həzz alan Naxçıvan sakinləri də bir zamanlar digər yerlərdə onların yerinə əkilmiş “liliput yolkaların” heç bir kölgəliyə və sərinliyə yaramadığını açıqca etiraf edirdilər.
Dünya yaranandan bəri insanın gördüyün ən savab işlərdən biri, bəlkə də birincisi ağac əkib onu ərsəyə çatdırmaqdır. Naxçıvan kimi iqlim quraq və isti olan bir diyarda el birliyi ilə əkilən ağaclar da sadə insanların bu torpağa məhəbbətinin məhsuludur. Amma yaşıllaşdırma və ağaclandırma da bir elm sahəsidir və burada elmi araşdırma aparılıb və dünya təcrübəsi öyrəniləndən sonra bölgədə əkiləcək düzgün ağac növü və yerin torpaq və suvarma xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Ona görə də bir zamanlar Naxçıvanda yaşıllışdırmadan daha çox vəsait israfçılığı məqsədilə şəhəri başdan başa kifayət qədər bahalı qiymətə idxal olunmuş iynəyarpaqlı ağaclarla “bəzəmək” həvəsi ilə alışıb yananlar, hələ bir də Allahdan da qorxmayaraq tikinti və ya təmir bəhanəsi ilə on illərlə çəkilmiş əziyyətin bəhrəsi olan iri ağacları təkcə kəsmir, hətta ağır texnika ilə onları dibindən qazıyıb çıxarırdılar. Əlincəqalanın, Ordubad, Culfa, Qarabağar abidələrinin tarixinə yamaq vurub “tarixə düşmək” istəyənlər bu minvalla Naxçıvandakı qocaman səf çinarları da “asəf” edib, onların yenidən pöhrələməməsi üçün inadla çalışırdılar. Beləcə, şəhərimizin ekoloji vəziyyətinə məsul olan qurumların da məsuliyyətsizliyi ucbatından hər il yüzlərlə iri ağac xırda məmur düşüncəsizliynin qurbanına çevrilirdi. Əgər kimsə onların yerini görmək istəsə, belə səhralaşmış konkret ünvanları aidiyyəti üzrə də göstərə bilərik.
Ancaq halbuki, ölkəmizin Gəncə, Şuşa, Şəki, Zəngilan, Ordubad kimi şəhərlərində xan çinarları görəndə bu gözəlliyə çata bilmək üçün çox da dərin təhlil gərəkmədiyni düşünmək olar. Hələ on il əvvəl təhsil proqramı çərçivəsində qardaş ölkə Özbəkistanın iqlimi Naxçıvanla bənzər olan Fərqanə, Əndican kimi şəhərlərində gördüyüm sözün əsl mənasında səmaya tavan çəkmiş iri gövdəli, beşmərbələi binadan da hündür çinarlar bu mənada, insanda həm sevgi, həm də qısqanclıq hisləri də yaradırdı. Bəzilərinin ömrü min ildən çox olan, torpaq eroziyasının qarşısını alan, havadakı toz və digər suspenziya şəkilli zəhərli maddələri süzdürüb yox edən, sərin mikroiqlim mühiti yaradan belə çinarlar iqlim dəyişikliyinə də qarşı ən yaxşı mübarizə vasitələrindən biri kimi isti qurşaqda yerləşən ölkələrdə geniş yayılıb. Otuz il ərzində erməni vandalizminə və ekosidinə məruz qalmış Bəsitçay Dövlət Təbiət Qoruğundakı çinarlarımız da bu mənada, bu ərazilərmizdəki genetik bankımız kimi uğurla öz kimliyni qorumağı bacarmışdır.
Əldə etdiyimiz məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə artıq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev prospektində, Zəfər Parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində xeyli sayda Xan çınar və akasiya ağaclarının əkintisi davam etdirilir. İnanırıq ki, Araz üsündəki qədim Naxçıvanın bu mərkəzi prospekt və küçələrində, həmçinin Naxçıvan Dövlət Universitetinin ərazisində əkiləcək toplamda 1300-dək fidan sürətlə boy atıb, bir zamanlar Şuşada Vaqifin, Natəvanın ilham mənbəyi olmuş ağaclar kimi bizim şəhərimizə yeni bir estetik görüntü, torpağa ikinci həyat, insanlara yeni bir rifah qazandırıb, gənclərin görüş məkanı kimi də tanınacaqlar. Şahbuz torpağının ölməz nəğməkar şairi Məmməd Arazın “Araz üstə çinar gördüm” şeirində yazdığı kimi:
Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi