Saleh Səmədov: "Məni həmişə yalnız bir prinsip düşündürür..." - "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir" (MÜSAHİBƏ)
08-04-2025 [17:05]
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Mia.az Xəbər Portalına maraqlı müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Saleh müəllim, Sizin çoxşaxəli fəaliyyətiniz İmişli rayayonunda çox yüksək qiymətləndirilir. Rayonda böyük nüfuz, hörmət qazanmısınız. Siz özünüz necə, İmişli Rayon Ağsaqqallar Şurasının sədri olduğunuz bir il ərzindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?
_ Sualınıza görə təşəkkür edirəm. Mənim necə fəaliyyət göstərməyimin ən yaxşısını, obyektiv cavabı rayon əhalisi, o cümlədən istər kəndlərdə, istərsə də rayon mərkəzində yaşayanlar daha yaxşı bilir. Məni isə həmişə yalnız bir prinsip düşündürür, rayonumuzun camaatı üçün daha çox faydalı olan nələrisə etmək. Xeyirxah fəaliyyətimizə kölgə salmaq istəyən, ən yumşaq ifadə etsəm qısqanclıqla yanaşanlara ümumiyyətlə əhəmiyyət vermirəm. Yalnız bir məqsədimiz var, insanların rifah halının yaxşılaşması, məmnun həyat yaşamasıdır. Bu istiqamətdə bacardığımız hər şeyi etməyə hazırıq.
- Hörmətli Saleh müəllim, sizin İmişli rayon Ağsaqqallar Şurasının sədri kimin rayonda xeyirxah istiqamətdə geniş fəaliyyət göstərməyiniz artıq respublika səviyyəsində yayılmış və rəğbətlə qarşılanır. Məsələyə bir az konkret və faktlarla yanaşsaq, arxada qalan mart ayında ağsaqqallar şurası xətti ilə hansı işləri görmüsünüz? Şübhəsiz ki, məlumatınız çoxsaylı oxucularımız üçün də maraqlı olar.
- Bildirim ki, İmişli rayon Ağsaqqallar Şurasının İllik Fəaliyyət Planı var. Bu, Azərbaycan Ağsaqqallar Şursının İş Planı əsasında, habelə rayonun spesfik xüsusiyyətlərini, icra edilməsi zəruri olanları və imkanlarımızı nəzərə alaraq tərtib edilmişdir. İş Planı İmişli Rayon Ağsaqqallar Şurasının ümumi yığıncağında ətraflı müzakirə edilərək təsdiq edilmişdir.
Mart ayı ərzində gördüyümüz işlərin bəziləri haqqında qısaca olaraq aşağıdakıları deyə bilərəm:
* Mart ayında 4 kəndin ərazi təşkilatının təsis yığıncağın keçirmişik. İndi İmişli rayon Ağsaqqallar Şurasının tərkibində 50 ərazi təşkilatı fəaliyyət göstərir.
* Ənənəmizə sadiq qalaraq ay ərzində doğum günü olan idarə heyəti üzvləri və ərazi təşkilat sədrlərinin doğum günü tədbirləri, təbrikləri olub.
* İmişli rayon Ağsaqqallar Şurasının 2025- ci il üçün İş Planı bir daha müzakirə edilib.
* İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi ehtiyacı olan şəhid ailələrinin ildönümündə və zərurət yaranarsa digər hüzür sahiblərinə maddi və mənəvi dəstək göstərib.
* İmişli Rayon Ağsaqqallar Şurasının Məzrəli kənd təşkilatı üçün nəzərdə tutulan otağın təntənəli açılışı keçirilib.
* İmişli rayonu Cəfərli kəndində şəhidlərin xatirəsini əbədilədirən abidənin açılışı olub.
* Novruz Bayramı və Ramazan Bayramı münasibətilə rayonda 750 nəfər aztəminatlı ailələrə bayram sövqatı verilib.
* İmişli Rayon Ağsaqqallar Şurasının bayramlarda, xüsisi tarixi günlərdə vətəndaşlara təbriki və tarixi hadisənin məzmuna uyğun müraciətləri olub.
* Şəhər və kənd əhalisi cəlb olunmaqla rayon səviyyəsində Novruz Bayramı münasibətilə 2 günlük geniş şənlik tədbiri keçirilib.
* İmişli Rayon Ağsaqqallar Şurası Ramazan bayramı ərəfəsində şəhid ailələri və ağsaqqallar şurasının üzvlərinin iştirakı ilə 300 nəfərə iftar süfrəsi təşkil edib.
* 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmş tədbir təşkil olunub.
* Şuranın rəhbər strukturunun üzvlərinin və tanınmış digər şəxslərin yaxınlarının dünyasını dəyişəndə rayon şurasının saytında onlara baş sağlığı verilməsi ənənəsi mart ayında da davam edib.
* İmişli rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi bütün tədbirlərlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasının bir sıra tədbirləri mütəmadi olaraq rayon ağsaqqallar şurasının saytında və feyzbuk səhifəsində fotolarla birgə ətraflı yazılı məlumat verilib və s.
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə cari il "Konstitusiya və Suverenlik ili" elan edilmişdir. Bu ildən gözləntiləriniz nədən ibarətdir, yaxud nə kimi dəyişikliklər gözlənilir?
- Bəli, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi reallıqları, tarixi nailiyyətimizi ifadə edir. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur, Azərbaycan Respublikasının Prezidendi cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dövlətimizi daim gücləndirir. Bu uğurlu siyasəti dəstəkləməklə hər birimiz sevinir və qürur hissi keçiririk.
Habelə idarəetmə getdikcə şəffaflaşır, daha çevik və optimal struktur dəyişiklikləri ilə əvəz olunur ki, zamanın tələbi olan bu zəruri yeniliklərə ciddi ehtiyac vardır. Əlbəttə, çox istərdik ki, bu istiqamətdə İmişli rayonu müsbət mənada göstərsin. Lakin təəssüflə görünən odur ki, rayonda kadrların çoxu öz üzərinə düşən vəzifələri layiqincə, məsuliyyətlə yerinə yetirməkdə çətinlik çəkirlər. Onların fəaliyyəti düzgün tənzimlənmir. Bəzən yaxşı kadrlar uzaqlaşdırılır, peşə və idarəetmə bacarıqları olmayan kadrlar seçilir, bunlar isə müəyyən fəsadlar yaratdığına görə narahatlıq doğurur.
Yəqin məlumatlısınız ki, yaxın zamanlarda digər regionlarla yanaşı, bizim yaşadığımız zonanı əhatə edən dörd rayonun da icra strukturlarının iqtisadi zona üzrə regionlaşdırılması gözlənilir. Mil-Muğan regional iqtisadi zonasının mərkəzi olan Sabirabad rayonunda artıq bir çox regional idarələr yaradılıb. Qarabağ regionunda Prezidentin xüsusi nümayənəliyi uğurla fəaliyyət göstərir. Yəqindir ki, bu nümunədə Sabirabadda da Prezidentin Xüsusi Nümayəndəliyi və onun tərkibində hər rayon üzrə kurator fəaliyyət göstərəcək.
Hesab edirəm ki, bu sistem bir sıra keyfiyyət dəyşikliyinə səbəb olacaq, təsadüfi kadrlar uzaqlaşacaqdır. Nəticədə yerlərdə kreativ düşüncəli, yaradıcı və liderlik keyfiyyətləri olan kadrlar irəli çəkiləcəkdir.
- Saleh müəllim, maraqlı, məlumatlandırıcı müsahibəyə görə təşəkkür edirəm. Nəsə deyəcəyiniz hər hansı başqa bir fikiriniz varmı?
- Siz də çox sağ olun! Allah dövlətimizi, dövlətçiliyimizi, dünya şöhrətli, dəmir yumuruqlu, dəmir iradəli cənab prezidentimizi qorusun!
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi