Zahid Oruc: "Əfvlə bağlı iclaslar mayın 28-ə qədər davam edəcək"
06-04-2025 [18:59]
Son illər ölkəmizdə imzalanan əfv sərəncamları yüzlərlə məhkuma yeni həyat imkanı tanıyır və ailələrə sevinc bəxş edir.
Mia.az xəbər verir ki, bu sərəncamlar özəlliklə bayram ərəfələrində imzalanır.
Qeyd edək ki, artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. İndiyədək neçə iclas keçirilib, nə qədər işə baxılıb və əfvin amnistiya ilə əvəz olunacağı gözlənilirmi?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Cebheinfo.az"a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir:
"Ümumi müzakirələrin də qapalı aparılması səbəbləri baş verən cinayətin müxtəlif iştirakçıları, motivləri və digər cəhətləri ilə bağlıdır ki, buna görə də geniş məlumatlar verilmir. Düşünürük ki, proses mayın 28-ə qədər davam edəcək.
Ötən illər ərazində dövlət başçısı tərəfindən, Ulu Öndərdən başlayan əfv və amnistiya kursu 10 minlərlə insanın azadlığına şərait yaradıb. Eləcə də birliyi, həmrəyliyi gücləndirib və dövlət-vətəndaş münasibətlərində mühüm bir hadisəyə çevrilib. Hüquq sisteminin humanistləşməsinə yol açıb.
Bu baxımdan əfv siyasəti özlüyündə dövlətimizin millətimiz üçün həyata keçirdiyi ən mühüm humanist siyasətlərdən biridir. Ona görə də proses hələ ki, davam edir. Konkret nə qədər işə baxıldığı barədə fikir söyləmək mənim üçün çətindir.
Ümumimiyyətlə, sərəncamın nə vaxt olacağı ilə bağlı konkret fikir demək çətindir. Ötən dəfə Ulu Öndərin yubileyi ilə bağlı elə bir amnistiya aktı icra olunmuşdu. Bu da özlüyündə Ulu Öndərin bu siyasəti başlayan və "Konstitusiya və suverenlik ili" çərçivəsində həyata keçirilən ən mühüm addımlardan biri olardı.
Əfvlə bağlı bu il başlanan iclasların beşincisidir. Ona görə də müzakirələrin gedişi onu deməyə əsas verir ki, bu may ayına qədər çəkəcək və ondan sonra da qərar icra olunacaq. Yekunda əfv qərarı olacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi