Daha bir QHT rəhbəri saxlanıldı, evində axtarış aparılır

img

08-08-2014 [12:45]


QHT rəhbəri İntiqam Əliyev saxlanılıb. Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, İ.Əliyev şahid qismində ifadə vermək üçün Ağır Cinayətlər İdarəsinə çağırılıb: "Nə olacaq bilinmir. Məni istəyib vəkil kimi gedirəm”.

"AzadlıqRadiosu"na İntiqam Əliyevin oğlu Nəcmin Əliyev atasının saxlanılması ilə bağlı belə açıqlama verib: «Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar». 

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub. 

Ötən ilin martında hüquqşünas, vəkil və insan haqları müdafiəçisi İntiqam Əliyevə «People in Need» insan haqları təşkilatının mükafatı təqdim edilib.

«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA