Almaniya prezidentinin Bakıya səfərinin görünməyən tərfləri... - TƏHLİL
03-04-2025 [16:25]
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycana səfər edib.
Səfər iki baxımdan diqqət çəkir:
1. Frank-Valter Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir;
2. Almaniya prezidenti Azərbaycana Ermənsitandan gəlib.
Ştaynmayer səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək görüşüb. Görüşdən sonra isə prezidentlər mətbuata bəyanatla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Almaniya Avropanın ən mühüm ölkələrindəndir. Hətta ən azı Fransa və Böyük Britaniya qədər Cənubi Qafqazla tarixən yaxından maraqlanan iqtisadi, siyasi yenilikləri izləyən, nüfuz qazanmaq istəyən ölkədir. Yuxarıda dediyim kimi, Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir. Və o, öncə Ermənistana, sonra Azərbaycana gəlib.
Hər iki detal çox mühümdür və səfərin səbəbi ilə bağlı fikir deməyə əsas verir. Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşıb. İki ölkə sülhə yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək, daha dəqiq desək, vasitəçi olmaq istəyir.
Ştaynmayer mətbuatın suallarını cavablandırarkən Ermənistana səfər zamanı edilən səhvi “Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyərək düzəltdi. Yəni göründüyü kimi, rəsmi Berlin sülh prosesində yer almaq istəyir.
Almaniya prezidenti çıxışında Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışıb və bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd etməsi edib: “Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”.
Əslində, Almaniya-Fransa münasibətləri Ermənistan və Azərbaycan üçün maraqlı və müəyyən mənada məqbul misaldır. Bunu Berlinin perspektivdə regionu və Bakı-İrəvan münasibətlərini necə görmək istədiyi kimi də qiymətləndirmək olar. Lakin Cənubi Qafqazın reallıqları fərqlidir. Region uğrunda böyük güclərin maraqları tez-tez dəyişir və bu, bölgə ölkələrinin münasibətlərinə təsirsiz ötüşmür. Lakin yenə də Azərbaycan sülhdə maraqlıdır.
Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə görüşdə İrəvandan gözləntisini və sülh üçün iki mühüm şərtini açıqladı:
1. ATƏT-in Minsk qrupu ləğv edilməlidir;
2. Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməlidir.
Azərbaycan üçün sülhün hansı ölkədə, kimin vasitəçiliyi ilə imzalanmasının heç bir fərqi yoxdur. Ölkə başçısı iki şərtini açıqladı. Bu həm Ermənistana, həm Almaniyaya, həm də sülhün imzalanmasında iştirak etmək istəyən aktorlara açıq mesajdır. İrəvanı bu iki şərtin icrasına razı salan ölkə vasitəçi ola bilər.
Almaniyanın Ermənistanı Bakının şərtlərinə razı salıb-salmayacağını zaman göstərəcək, amma Berlinin boş dayanmayacağı bəllidir. Məsələ ondadır ki, Almaniya sülh prosesində iştirakdan əlavə regional enerji layihələrində də yer almaq istəyir. Yəni sülh prosesində iştirakın pərdəarxasında regiona nüfuz və iqtisadi maraqlar var.
Berlin Parisdən fərqli olaraq tərəf tutmaq istəmir. Yəni İrəvanı, ya da Bakını dəstəkləməkdənsə, tərəfləri uzlaşdırıb daha güclü əməkdaşlıq qurmağı düşünür. Buna nail olsa, şübhəsiz, regiona ciddi alman investisiyasının axın etdiyini görmək olar. Bakı üçün sülhü təmin edəcək ölkə məqbuldur. Digər tərəfdən, Almaniya ilə əməkdaşlıq bir çox baxımdan dividend gətirə bilər.
Ümumiyyətlə, Cənubi Qafqaz vacib regiondur. Bakı regionun dəyərini bildiyi üçün bir çox halda üst pərdədən danışır. Bu da onu daha dəyərli edir. Bakının yanaşması daha uğurludur.
O ki qaldı Bakının şərtlərinə, Almaniya ATƏT-in Minsk Qrupunun ləğvinə nail ola bilər. Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir. Çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır. Lakin bu məsələdə də müvafiq addımlar ata bilərlər. Effektivliyini isə zaman göstərəcək.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi