07-08-2014 [20:55]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib.
Şuradan Mia.az-a verilən məlumata görə, görüşdə QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda QHT-lərə verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr olub:
"Şura sədri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi ilə bağlı son illər həyata keçirdiyi tədbirlərin böyük ictimai səmərə verdiyini qeyd etdi. O, dövlətin QHT sektoru ilə bağlı siyasətinın tam şəffaf və açıq olduğunu və hər kəsə eyni münasibətin göstərildiyini vurğulayıb”.
Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında Şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verib. Qeyd edilib ki, QHT qanunvericiliyinə edilmiş son dəyişiklilərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində bəzi QHT-lər müxtəlif çətinliklərlə üzləşməkdədir. Məsələlərin nizamlanması üçün Şura rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar. Şuranın və komitənin birgə səyi nəticəsində bir sıra anlaşılmazlıqlar və problemlər öz həllini tapıb.
Çıxış edən QHT sədrləri Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Hafiz Həsənov, Samir Əliyev, Razi Nurulla, Vüqar Bayramov, Fuad Həsənov, Səadət Bənənyarlı, Elçin Abdullayev, Mehriban Zeynalova, Şövkət Əlizadə, İlqar Hüseynli, Qalib Toğrul, İlham Səfərov, Sabit Bağırov və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikir və təkliflərini bildiriblər.
A.Quliyev irəli sürülən təkliflərin bir daha Şura tərəfindən nəzərdən keçiriləcəyini və ümumiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırıb.
Sonda aşağıdakı məsələlər haqqında ümumi razılıq əldə edilib:
1. Gorüşdə qaldırılan məsələlər ətraflı araşdırılsın və onların həlli istiqamətində müvafiq addımlar atılsın.
Qrant müqavilələrin qeydiyyatı ilə bağlı hazırlanan yeni qaydalarda QHT-lərin rəy
və təklifləri nəzərə alınsın.
2. QHT-lərin həyata keçirdiyi
layihələrdə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş normaların gözlənilməsi
və şəffaflığın artırılması, QHT-Hökumət əməkdaşlığının və qarşılıqlı etimad
mühitinin gücləndirilməsi üçün QHT, hökumət və beynəlxalq təşkilatların təmsilçilərindən
ibarət "İctimai monitorinq qrupu" yaradılsın.
3. QHT-lərin nizamnamədən kənar fəaliyyətinin və hakimiyyət uğrunda
siyasi mübarizədə alətə çevrilməsinin qarşısının alınması, eləcə də QHT-lərin
qanunlara əməl etməsi və milli maraqları
daim uca tutması məqsədilə "QHT-lərin
etik kodeksi" işlənib hazırlansın.
4. QHT-lərin xarici donorlardan asılılığının azaldılması və onların
ictimai əhəmiyyətli problemlərin həllində daha səmərəli və davamlı iştirakını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına büdcədən ayrılan maliyyə yardımı vəsaitinin həcminin
bir neçə dəfə artırılması üçün hökumət qarşısında məsələ qaldırılsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi