Səfər Əbiyevin kirvəsindən açıqlama: - "Qaçmamışam!"

img

07-08-2014 [17:22]


Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov ölkədən qaçması və pullarını xaricə çıxarmağa cəhd göstərməsi barədə bəzi mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirib.

Sabiq nazir müavini A.Aslanov Publika.az-ın redaksiyası ilə əlaqə saxlayaraq deyib ki, bir sıra mətbu orqanlarda onun ölkədən qaçması və digər məsələlər barədə yazılanlar yalandır:

"Mən heç yerə qaçmamışam, hazırda da Bakıdayam. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) bütün tədbirlərində yaxından iştirak edirəm. Haqqımda yazılan məlumatlar hansısa yaramaz tərəfindən yayılan dezinformasiyadır. Mənim guya ölkədən pul çıxarmağım barədə də yayılan məlumatların hamısı yalandır. Mənim heç bir biznesim yoxdur”.

Xatırladaq ki, Qaynar.info-ya daxil olan məlumatda Aslan Aslanovun ölkədəki pullarını yenidən xaricə çıxarmağa cəhd göstərdiyi iddia olunur. 

Onu da qeyd edək ki, Aslan Aslanovla sabiq müdafiə naziri kirvədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA