YAXŞI Kİ, MÜƏLLİM OLMUŞAM... - FOTOLAR
02-04-2025 [10:54]
Hələ orta məktəbdə oxuyurdum. Müəllim olmağı artıq qərarlaşdırmışdım. Riyaziyyat fənnini daha mükəmməl oxuduğumdan anam riyaziyyat məllimi olmağımı tövsiyə edirdi. Azərbaycan təbiətinə, onun gözəlliklərinə, coğrafi mövqeyinə olan marağım isə məni başqa səmtə çəkirdi. Bunu hiss edən coğrafiya müəllimlərim Camaləddin Qasımov və Elyanə Kərimovanın mənim peşə yolu seçməmdə böyük rolları oldu.
Bir dəfə Camaləddin müəllim doğma İmişlimizin təbiəti, coğrafi strukturu barədə düşüncələrimizi yazmağı tapşırmışdı.
Mən yazmışdım:
Doğma İmişlimiz Millə-Muğanı özündə qovuşduran bir Mərkəzi Aran rayonudur. Rayonumuzun ərazisindən Araz və Kür çayları sehrlənərək keçir. Relyefi düzənlik olmaqla, ərazisi okean səviyyəsindən aşağı, yayı isti və quraq olur. Neft və qum-çınqıl kimi faydalı qazıntıları var, insanları əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Mən rayonumuzun meşə örtüyünü daha çox sevirəm, insanların onu odun yanacağı kimi qırıb-dağıtmasını bir məktəbli harayı kimi qəbul edə bilmirəm...
Yazı müəllimin xoşuna gəlmişdi. Sinfimizdə bütün şagirdlərin qarşısında oxuyub mənə təşəkkürünü bildirmişdi. İndi o illərdən nə az, nə çox düz 13 il keçir.
Elə bu həvəslə də 2013-cü ildə orta məktəbi bitirib, ali məktəbə sənəd verdim.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya müəllimliyi fakultəsinə daxil oldum. 2017- ci ildə oranı uğurla bitirib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulundan (MİQ-dən) müvəffəqiyyətlə keçərək vaxtilə orta təhsil aldığım İmişli rayon Fazil Rəhimov adına Cəfərli 2 saylı tam orta ümumtəhsil məktəbində ixtisasım üzrə müəllim kimi əmək fəaliyyətinə başladım.
Səkkiz illik pedaqoji təcrübəm var. Hərdən düşünürəm ki, nə yaxşı müəllim olmuşam və coğrafiya müəllimiyəm. Fərqli çoğrafiya mövzularında yazılarım, düşüncələrim həmişə həmkarlarım tərəfindən rəğbətlə qarşılanır. Dərs dediyim şagirdlərin uğurları ən böyük sevincimdir.
Müəllimlik mənim üçün sadəcə bir peşə deyil, öyrənənlərin qəlbini oxşamaq, dünyanı, insanları onlara sevdirmək, onların dünyasına ayna tutmaq, onlarla bərabər olmaq, könüllərini fəth etməkdir.
Bu gün cağrafiya ixtisasını mənə sevdirən Bakı Dövlət Universitetinin cağrafiya fakultəsinin məzunu, müəllimim, nəcib qəlbli, gözəl insan Elyanə Kərimova həm də məktəbimizin direktorudur. Onun müəllim kimi də, rəhbər kimi də fəaliyyəti bir örnəkdir. O necə ki, coğrafiya fənninin incəliklərini bizə sevdirib, mən də bir gənc müəllim olaraq öz ixtisasımı və coğrafi bilikləri uşaqlara eyni həvəs, eyni ruhla öyrədirəm.
CƏMALƏ TALIBLI,
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Fazil Rəhimov adına Cəfərli 2 saylı tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi