Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: "Meyitləri çıxaranda yaralandım" - FOTOLAR
01-04-2025 [20:04]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmənin bugünkü iclasında Ermənistanın dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.
İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs, Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun “N” saylı hərbi hissəsinin maddi-texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı minaatanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin tibb bölməsinin feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunda genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildiriblər.
Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, minaatanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildiriblər.
Dindirmədən sonra zərərçəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.
Ardınca məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 109-cu (təqib), 110-cu (insanları zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü (terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci, 279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(Azərtac).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi