Misir Mərdanov Mikayıl Cabbarovu saymadı: "İstirahətdəyəm..."

img

07-08-2014 [15:53]


Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi haqda hazırki təhsil naziri Mikayıl Cabbarovun iradlarına qeyri-müəyyən cavab verib.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki,  Misir Mərdanov deyib ki, o, bu barədə danışmaq istəmir: "Mən o işlərin heç birinə qarışmıram. Mənim adımdan heç nə deməsinlər. Bu barədə danışmaq istəmirəm. Məzuniyyətə çıxmışam, hazırda istirahətdəyəm”.


Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib:  "Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA