07-08-2014 [14:19]
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sistemində hökm sürən acınacaqlı vəziyyət barədə faktları açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, nazir rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib. Müsahibə Sapunovun bloqunda (http://sapunov.livejournal.com/) yerləşdirilib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda saxta diplomlu bir neçə min nəfər var: "Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”.
Mikayıl Cabbarov bildirib ki, saxta diplomla müəllim işləyənləri adbaad tanıyırlar: "Bütün məlumatları Baş Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər vəzifə tutanlar da var”.
M.Cabbarov deyib ki, nazirlik saxta müəllimlərlə bağlı dilemma ilə üzləşib. Çünki diplomu saxta olan 2 mindən çox müəllimin eyni vaxtda işdən çıxarılması təhsildə ciddi problem yarada bilər, ona görə ki, onları əvəzləməyə adam yoxdur: "Axı onların çoxu kənd məktəblərində dərs keçir.
Nəhayət, bu adamların arasında dələduzluq qurbanı olanlar da az deyil. Onlar səmimi şəkildə inanıblar ki, tələbədirlər, dərsə gediblər, sessiyaları veriblər, onlar üçün xüsusi jurnallar, cədvəllər açılıb. Bundan əlavə bəziləri bizim test imtahanlarımıza qatılıblar və peşəkarlıqlarını sübut ediblər!
Yalnız araşdırma zamanı məlum olub ki, onların diplomlarını Təhsil Nazirliyi verməyib. Təhsil sistemində təmizləmə davam edəcək, ancaq bunu birdən etmək mümkün deyil”.
Xatırladaq ki, Azərbaycanda saxta diplomlu müəllimlər qalmaqalı hələ bir neçə il əvvəl yaranıb. Keçmiş təhsil naziri Misir Mərdanovun işdən azad edilməsindən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı araşdırma başladıb.
Araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. Mətbuat bu işlə bağlı istintaqda Misir Mərdanovun da adının bir neçə epizod üzrə keçdiyini yazmışdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi