Türk dünyasının "evini yıxan" “Melissa Group"un binalarında nələr baş verir? - Faktlar sadalanır
28-03-2025 [16:38]
Xəbər verdiyimiz kimi, “Melissa Group” tikinti şirkətinin işçiləri bu gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb və araşdırma aparılır.
“Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov, baş direktoru isə Xəzər Məmmədovdur.
Qeyd edək ki, “Melissa Group” dəfələrlə bu cür qalmaqalların mərkəzinə gəlib. Maraqlısı isə odur ki, şirkətdən narazı olanlar yalnız evi başına uçurulan, lazımı kompensasiyanı ala bilməyənlər deyil, həm də “Melissa Group”un xidmətindən istifadə edənlər, ondan ev alanlardır.
Mia.az xəbər verir ki, Bakupost.az -ın araşdırmasına görə, vəziyyət o həddə çatıb ki, “Melissa Group”a daxil olan MTK-ların yüz cür fırıldağından bezən sakinlər müxtəlif sosial şəbəkələrdə səhifə və kanallar yaradıblar. Məsələn, Facebook-da “Melissa Park(ASP MTK) kompleksinin şikayətçi sakinləri” adlı qrup yaradılıb. YouTube-da da eyni adlı kanal açılıb. İstifadəçilər tez-tez bu səhifə və kanallarda “Melissa Group”un özbaşınalıqlarını əks etdirən yazı, foto və videomaterialları paylaşırlar.
Bəs, “Melissa Group” sakinlərin başına hansı oyunları açır?
Bununla bağlı yaxın keçmişə aid olan bəzi faktları təqdim edirik.
Birinci fakt. Bir müddət əvvəl Həsən bəy Zərdabi prospekti, 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksinin sakinləri yaşadıqları binada əsassız qiymət artımından şikayət edirdilər.
Sakinlər bildirirdilər ki, sözügedən yaşayış kompleksinin qarajında standart parkinq yerləri üçün aylıq ödənişlərin 75 manatdan başlayacağı qeyd edilən elan vurulub. Halbuki buna qədər parkinq yerləri üçün aylıq ödəniş 50 manat idi. Beləliklə, “ASP” MTK parkinq üçün qiymətləri birdən-birə 25 manat qaldırmışdı. Amma bu hələ harasıdır? Sakinlərin dediyinə görə, illərdor aylıq ödəniş edilən zaman onlara heç bir sənəd verilmir. Bu səbəbdən dəxidmət göstərən tərəfi rəsmi şəkildə müəyyənləşdirmək mümkün deyil. İkincisi, 75 manat müqabilində göstərilən xidmətin məzmunu və xidmət göstərən tərəfin öhdəlikləri də bəlli deyil. Üçüncüsü, sakinlər faktiki olaraq, yaşadıqları binaya girmək üçün şlaqbaumun qaldırılmasına görə pul ödəməyə məcbur edilirdilər. Dördüncüsü, bu üsulla şirkət vergidən yayınır və dövlət müdcəsinə ödənilməli olan külli miqdarda pul mənimsənilir.
İkinci fakt. ASP MTK-nın istifadəyə verdiyi binalardan birində CityNet provayderinin xidməti heç bir səbəb göstərilmədən ləğv edilib. Əvəzində isə sakinlər “Melissa Group”un provayderinə (Sline) qoşulmağa məcbur ediliblər.
Üçüncü fakt. “Melissa Group” istifadəyə verdiyi əksər binalarda sakinlərin binanın idarəçiliyi üçün MMC yaratmasına müxtəlif üsullarla mane olur, əvəzində özü MMC yaradır və istismara verilmiş binaların idarəçiliyindən də xeyli qazanc əldə edir. Buna nail olmaq üçün şirkətin işçiləri özlərini sakin və ya qonşu kimi təqdim edir, imza topalyırlar. Bu alınmayanda isə onlar imzatoplamanı guya MTK-nın ləğvi bəhanəsilə həyata keçirirlər. Sakinlərin dediyinə görə, bu MMC-lər heç də xidmət göstərmək üçün deyil, onları soymaq üçün yaradılır.
Əlbəttə, bu, sakinlərin “Melissa Group”la bağlı narazılıqlarının cüzi bir hissəsidir. Neçə illərdir, dövlət qurumları sakinlərin bu kimi şikayətinə baxmadıqları üçün “Melissa Group” artıq içində insanların yaşadığı binanı onların başına yıxmaqdan belə çəkinmır.
Və sonda daha bir maraqlı fakt. Bütün özbaşınalıqlara rəğmən, “Melissa Group”un rəhbəri Qalib Məmmədov bir neçə il əvvəl nüfuzlu “Türk Dünyasına Xidmət Ödülü” ilə təltif olunub. İndi Allah eləsin ki, Yasamaldakı insidentə görə dövlət qurumları lazımı ölçü götürsün. Yoxsa bu gedişlə Qalib Məmmədov türk dünyasının da evini yıxacaq….
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi