Ceyhun Bayramov Niderland XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
19-03-2025 [23:16]
Bu gün Xarici işlər naziri Ceyhun Bayramovla Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı olub.
Mia.az Xarici İşlər Nazirliyinə istinadal xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.
Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib.
Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi