06-08-2014 [23:57]
Uzun illər dünyada iki böyük imperiyanın ABŞ və SSRİ-nin(indi Rusiya) soyuq savaşı davam edir və əslində indi də davam etməkdədir. Bir-birlərinə daha güclü olduqlalırını sübut etmək, daha çox dövlətləri öz təsirləri altına almaq üçün min cür siyasi və iqtisadi sanksiyalar etməkdən çəkinmirlər.
Bu iki imperiya öz aralarında yalnız quru bəyanatlar verməklə kifayətlənir, bir-birləri ilə söz savaşı edərkən, digər dövlətlər, xüsusilə münaqişəli dövlətlər, hələ kifayət qədər oturuşmamış dövlətlər bu iki imperiyanın siyasi hikkələrinin qurbanına çevrilərək döyüş poliqonuna çevrilirlər. İkinci cahan müharibəsindən sonra müharibədən qalib çıxan SSRİ az qala Avropanın yarısını və eləcə də Yaxın və Orta Şərqdə (xüsusən ərəb ölkələrində) oz hegemonluğunu yarada bilmişdi. Öz siyasi təhlükəsizliyini qoruyb saxlamaq üçün 15 müttəfiq respublikanı da özündə birləşdirən bu SSRİ deyilən imperiya bununla kifayətlənməyərək öz sınırlarından çox-çox uzaqlara qədər olan dövlətləri də müxtəlif iqtisadi və siyasi "yardımlar" etməklə öz təsirdairəsinə ala bilmişdi. Dünyada gedən prosseslər zamanı bir-birlərinə lori dildə desək "xox" gəlməklə, kifayətlənən bu iki nəhəng qarşı-qarşıya gəlmədilər və indi də gəlmirlər. Bəlkə də bunun əsas səbəbi hər ikisində güclü raket-nüvə silahlarının olmasıdır ki, bu səbəb növbəti dünya müharibəsini əngəlliyir. Belə halda bu iki nəhəngin vəzifəsi dünyada gedən müharibə-münaqişələrə, elə bu münaqişələri də əslində özləri yaradırlar, qıraqdan-qırağa bəyanat veməklə seyr etməkdən ibarətdir. NATO, xüsusilə də Amerika Avropanın yarısına qədər irəliləmiş, Yaxın və Orta şərqdə böyük söz sahibinə çevrilmiş SSRİ -dən narahat olub, fürsət gözləsələr də ,SSRİ dağıldıqdan sonra demək olar ki, bu fürsətdən istədikləri kimi istifadə edə bilmədilər. Düzdür Avropada kiçik münaqişələri nəzərə almasaq, Avropa dövlətləri "kommunizm" təhlükəsindən uzaqlaşsa da, Yaxın və Orta Şərqdə, Qafqazda münaqişə, müharibə poliqonuna çevrildi. Sanki hər şey unuduldu, kommunizm kabusu bitdi, dünya bəzən açıq, bəzən gizli xristian-müsəlman savaş müstəvisinə çevrildi. NATO Rusiyaya onun təsir dairələrinə müəyyən qədər yaxınlaşsa da, kifayət qədər effekt ala bilmədi. Qafqaz bu iki imperiyanın sərhəddinə- döyüş poliqonuna çevrildi. Qərbdən Amerika və Nato, Şərqdən isə Rusiya Qafqazda dayanmalı oldular və beləliklə Qafqaz qan çanağına döndü. Görünür helə uzun müddət də davam edəcəkdir. Bu, onu göstərir ki, SSRİ kimi nəhəng bir imperiya dağıldıqdan sonra tezliklə dünyanın təkbaşına sahibinə çevrilmək sevincinə ABŞ nəsib ola bilmədi. Demokratik dəyərlər altında apardığı siyasət demək olar ki, heç bir nəticə vermədi. BMT, Avropa İttifaqı, yüzlərlə yaradılan Beynəlxalq təşkilatlar münaqişə məsələlərinin həllinə nail ola bilmədi. Açığını söyləmək mümkünsə, bu cür təşkilatlar dünyada öz nüfuzunu itirməkdədir və kağız üzərində növcud olan təşkilatlara çevrilməkdədirlər. Başqasını bilmirəm, Amerika, NATO ya həqiqətən Rusiyadan qorxur, ya da bu münaqişələr onların özlərinə də sərf edir.
İllərdir Azərbaycana quru vədlr edən bu dövlətlər və təçkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, qətnamələr çıxarır, amma real bir nəticə üçün heç nə etmirlər. İşğalçı bir dövlətə, yəni Ermənistana Amerika yardım edir, Rusiya silah verir, Avropa Şurası isə onu üzvlüyə qəbul edir!!!
Budumu onların dünyaya yaymaq istədikləri haqq-ədalət, demokratiya? Lənət olsun belə demokratiyaya!
Samir TURAN,
MHP sədri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi