“Qadınlar Gələcək Uğrunda“ rayonlarda görüşlər keçirib

img

06-08-2014 [23:38]


"Qadınlar Gələcək Uğrunda"  İctimai  Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yerli özünüidarəetmə orqanlarında sahibkar qadınların təmsilçiliyinin artırılması” adlı layihə həyata keçirir. Layihənin məqsədi  sahibkar qadınları bələdiyyələrin işinə fəal cəlb etmək, bələdiyyələrdə sahibkarların təmsilçiliyini artırmaqla yerli özünüidarəetmə orqanları ilə özəl sektor arasında əməkdaşlığı gücləndirməkdir.

Birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində Bakı və Şirvan, Yevlax, şəhərlərində, Salyan, Tərtər, Bərdə rayonlarında bələdiyyə üzvləri üçün maarifləndirmə təlimlərinin keçirilməsi  nəzərdə tutulub.

15.07.2014 cü il tarixindən başlayaraq  Bakı,  Şirvan, Yevlax, şəhərlərində, Salyan, Tərtər, Bərdə rayonlarında bələdiyyə üzvləri üçün dəyirmi masalar keçirilib.

Tədbirdə  qadınların siyasi iştirakçılığıının hüquqi əsasları və əhəmiyyəti, qadın liderliyində iqtisadi müstəqilliyin verdiyi imkanlar, bələdiyyələrin fəaliyyətinin yaxşılaşmasında sahibkarların, o cümlədən qadın sahibkarların rolu, yerli problemlərin həllində bələdiyyələrlə özəl sektorun əməkdaşlığının əhəmiyyəti kimi məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA