Qapanlıdan daha bir reportaj - VİDEO

img

06-08-2014 [23:02]


Tərtərin təmas xəttində yerləşən Qapanlı kəndində güllə səsləri ötən gün günorta saatlarından eşidilməyə başlayıb.

ANS TV-nin məlumatına görə, Milli Ordumuzun mövqelərini atəşə tutan qarşı tərəf, eyni zamanda dinc sakinləri də hədəf alıb. Təqribən yarım saat davam edən atışma nəticəsində kənddə bir neçə evə ziyan dəyib.

Bələdiyyə sədri Lətif Həmidov deyir ki, "Ümumiyyətlə, həm Qaradağlı, həm də Qapanlı istiqamətində çox atıblar. Qaradağlıda bir toy mağarı qurulmuşdu. O, istiqamətdə güllələr atıldı, yəqin ki, görürmüşlər, biz onun yerini dəyişdik".

Atəşə məruz qalan evlərdən birinin sahibi Qapanlı sakini Xaliq Tanrıverdiyevlə birgə hadisə baş verən yerə yollandıq. Xaliqin anası Səltənətin diliylə desək, oğluyla ölüm arasında cəmi bir qarış məsafə qalıb. 

Təbii ki, ermənilərin gülləboranı cavabsız qalmır. Onların atdığı hər gülləyə Azərbaycan ordusunun hərbçiləri azı iki güllə ilə cavab verirlər. Təhlükəyə baxmayaraq kənddə heç kim doğma torpağını tərk etmək fikrində deyil.

Ağdamın təmas xəttində yerləşən Çıraqlı kəndindən qarşı tərəfin mövqelərinə olan məsafə isə 500 metrdir.

Gecənin irəliləyən saatlarında qarşı tərəf işğal altındakı Bayramlar kəndindəki mövqelərindən Çıraqlı kəndini atəşə tutmağa başladı. Ermənistan silahlı qüvvələri təmas xəttində işıqlandırıcı fişənglərdən də istifadə edir.

Atılan güllələr cəbhə xəttində çəkiliş aparan media nümüyəndələrinə yaxınlığından keçir. ANS-in Qarabağ bürosunun operatoru həmkarlarına xəbərdalıq edib.

Sosial şəbəkələrdə kəndlərin boşaldılması haqqındakı xəbərlərlə bağlı sakinlərlə söhbət apardıq. Gecə davam edən atışma səslərinə baxmayaraq burada da sakinlər əhalinin kəndləri tərk etməsi haqqında çıxan xəbərləri yalanladılar.

Gecə boyu atəş səsləri Ağdamın təmas xəttində yerləşən Mirəşelli, Orta Qərvənd kəndlərindən də aydın eşidilirdi. Hər dəfə də Ermənistan silahlı qüvvələri Milli Ordumuzun cavab atəşilə qarşılaşır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA