Müdafiə Nazirliyindən Eldəniz Elgünə cavab verdilər

img

06-08-2014 [16:11]


Bu günlərdə jurnalist Eldəniz Elgün mətbuatla ordu münasibətlərinin tənzimlənməsi ilə bağlı təkliflərlə çıxış edərək 7 bəndlik təkliflər paketini media vasitəsi ilə Müdafiə Nazirliyinə təqdim etmişdi. 

Bununla bağlı Eldəniz Elgünlə əlaqə yaradıb təkliflərə verilən reaksiya ilə maraqlandıq. Eldəniz Elgün MİA-ya açıqlamasında bildirdi ki, təkliflərə Müdafiə Nazirliyindən müsbət reaksiya gəlib:  "Sevindirici haldır ki, hadisələrə həssas yanaşan Müdafiə Nazirliyi təqdim etdiyim təkliflərə də dərhal reaksiya verdilər. Nazirlikdən verilən reaksiya müsbət oldu və fikir mübadiləsi apardıq. Məsələyə peşəkar mövqe sərgiləyən MN-in mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı bu gün ordu və mətbuat münasibətlərinin tənzimlənməsi üçün lazımi addımların atıldığını bildirdi və bunun nəticələrini yaxın günlərdə görəcəyik. Çox sevindirici haldır ki, bu gün Müdafiə Nazirliyi bu məsələlərə peşəkarlıqla yanaşır və inanıram ki, nəticələrdə qaneedici olacaq”. 

Eldəniz Elgün onu da bildirib ki, yaxın günlərdə daha real bəzi addımlarda atılacaq və media, ictimaiyyət Azərbaycan Ordusunun yanında olduğunu daha açıq şəkildə nümayiş etdirəcək.

”Unikal” qəzetinin baş redaktorunun birinci müavini Eldəniz Elgün bunu da bildirdi ki, məsələ ilə bağlı Mətbuat Şurasının rəhbərliyi ilə də görüşəndən sonra daha ətraflı məlumat verə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA