Milyarder, hüquqşünas, diplomat, yoxsa əmlakçı? - Bakıya səhərə yaxın gözlənilməz eniş edən Stiv Vitkof kimdir? (TƏHLİL)
17-03-2025 [13:42]
Stiv Vitkof : “Trampla Putinin arasında böyük dostluq var”
Makler-diplomat-o kimdir?
Stiv Vitkof (ing. Steve Witkoff) bugünlərdə Moskvada Vladimir Putinlə gizli danışıqlar aparıb oradan Bakıya uçmuşdu. Aydındır ki, o, İlham Əliyevlə danışıq aparmaq üçün Azərbaycana gəlib. Özü də martın 15-i cənab Stiv Vitkofun (1957) ad günü idi.
Bu səfərlə bağlı geniş məlumat yayan İsrailin “The Jerusalem Post” yazmışdı ki, yüksək rütbəli ravvinlərin prezident D. Trampa "Avraam (İbrahim) müqaviləsi"nin (ing. Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Həmin məktubda bədnam 907-ci düzəlişin aradan qaldırlmasının vacibliyinə də toxunulub. Bu ideyanın müəllifi isə heç şübhəsiz ki, İsrailin Baş Naziri Benyamin Netanyahudur. O, Knessetdəki (parlament) çıxışında bu məsələləri gündəmə gətirmişdi.
“The Jerusalem Post” onu da yazmışdı ki, ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyən edə biləcək belə bir görüşün məhz Bakıda keçirilməsi üçün hərəkətə keçib.
Bəs, Stiv Vitkof kimdir?
Bu yazıda bu suala cavab verməyə çalışacağıq. O, milyarder, hüquqşünas, və diplomat kimi tanınır. O, D.Trampın Yaxın Şərq üzrə xüsusi elçisidir. Karyerasına daşınmaz əmlak üzrə vəkil kimi başlasa da tezliklə daşınmaz əmlaka investisiya qoymağa başlayıb. Cənab Vitkofun təkcə ABŞ-da deyil, həmçinin Yaxın Şərqdə də geniş biznes əlaqələri var. Nyu-Yorkdan başqa Las Veqas və London kimi şəhərlərdə çoxsaylı mülklərə sahibdir. 2024-cü ilin noyabrında yeni seçilmiş prezident Donald Tramp Vitkofu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqlamışdı. O, rəsmi olaraq bu vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı. Yaxın Şərqdən əlavə o, de-fakto D. Trampın Rusiya üzrə də elçisi sayılır.
Əslən yəhudi olan Vitkof Nyu-Yorkda (Bronks) anadan olub, orada böyüyüb. O, Martin və Lois Vitkofun oğludur. Onun atası Nyu-Yorkda qadın paltolarının istehsalçısı idi. O, 1983-cü ildə Hofstra Hüquq Məktəbini bitirib.
“The Wall Street Journal “ yazır ki, Stiv Vitkofun diplomatik təcrübəsi yoxdur. Ancaq "Daşınmaz əmlak dünyasındakı həmkarları həmişə Vitkofu ağıllı, diqqətçəkən və sadə davranışı olan istedadlı danışıqçı kimi təsvir edirlər".
1983-cü ildə hüquq fakültəsini bitirdikdən sonra Vitkof Nyu-York şəhərinin daşınmaz əmlakla bağlı olan hüquq firması” Dreyer & Traub”-da işləyib, orada müştəri olan Donald Trampla tanış olub. Sonra bu tanışlıq dostluğa çevrilib.
15 sentyabr 2024-cü ildə Vitkofv Florida ştatının “West Palm Beach” şəhərindəki “Trump International Golf Club”-da Trampla qolf oynayarkən, Rayan Wesley Routh Trumpa sui-qəsd məqsədi ilə atəş açdı. O vaxt da onlar bir yerdə idi.
9 noyabr 2024-cü ildə Vitkof keçmiş ABŞ senatoru Kelly Loeffler ilə birlikdə Trampın ikinci prezidentliyi üçün İnauqurasiya Komitəsinin həmsədri seçilib.
Vitkofun yanaşması ənənəvi diplomatik üsullardan xeyli fərqlənir. Məsələn, o, İsrailin baş naziri Benyamin Netanyahuyaya HƏMAS-la razılaşmanı yekunlaşdırmaq üçün təzyiq göstərib. D. Trampın razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb və nəticədə HAMAS-la anlaşma əldə olunub.
11 fevral 2025-ci ildə Tramp Vitkofu Moskvaya göndərdi, o, prezident Vladimir Putinlə görüşdü və Rusiya vətəndaşı Aleksandr Vinnikin müqabilində ABŞ vətəndaşı Mark Fogelin Rusiya həbsxanasından azad olundu. Vitkof Putin və Trampla bağlı belə deyir: "Məncə, onların böyük dostluğu var idi və indi də bunun davam edəcəyini düşünürəm və bu, dünya üçün həqiqətən yaxşı bir şeydir".
16 fevral 2025-ci ildə Vitkof Ukrayna və Avropanın Ukrayna danışıqları zamanı kənarda qalacağına dair narahatlıqları rədd etdi. 2025-ci il fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Amerika və Rusiya nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqları üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşdülər. Rubionu Stiv Vitkof və Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals müşayiət edirdi.
Hazırda da o, Tramp administrasiyası ilə Rusiya prezidentliyi arasında əsas ünsiyyət kanalı kimi gündəmdədir.
Vitkoff Manhettenin Yuxarı Şərq tərəfində yaşayırdı. 1987-ci ildə o, hüquq firmasının əməkdaşı olan Lauren Jill Rappoportla evləndi və 2019-cu ildə Nyu-Yorkdan Floridaya köçdü və Mayami-Biçdə məskunlaşdı.
Onların üç oğlu olub. 2011-ci ildə onların 22 yaşlı oğlu Endryu narkotik maddənin istifadəsi zamanı doza həddini aşdığına görə ölüb. Zak isə kriptovalyuta şirkəti olan “World Liberty Financial”-ın həmtəsisçisidir. Onların kiçik oğlu Alexander isə “Witkoff Group”-un baş direktorudur.
Elbəyi Həsənli. Sürix
mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi