Azərbaycan-Ermənistan sülhünün şərtləri açıqlandı

img

06-08-2014 [15:55]


Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstana səfər edir.

Ans press-in məlumatına görə, Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək.

Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağını ehtimal edib. Məlumatlara görə, Lavrov dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Avrasiya iqtisadi inteqrasiyasına heç bir dəxli yoxdur.

Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün "Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA