Sabah temperatur aşağı düşəcək

img

06-08-2014 [13:33]


Azərbaycanda küləkli hava şəraiti hökm sürəcək, temperatur 2-3 dərəcə enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli az yağış yağacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA