06-08-2014 [13:05]
Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirib.
Ordu komandiri R.Əkbərov publika.az-a eksklüziv açıqlamasında deyib ki, Ermənistan tərəfi cəbhədə verdiyi böyük sayda əsgər itkisini gizlədir:
"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb. Həttaonların qondarma baş naziri də öz çıxışında bunu etiraf edib. Ermənilər bizim postlarımızı vura bilmirlər. Ancaq kəndlərimizə güllə atırlar. Ermənilərin Azərbaycan əsgərləri ilə vuruşmağa hünərləri çatmır. Ona görə də onlar kəndlərimizəvə mülkisakinlərə atəş açırlar. Ermənilər bütün günü Tovuzun Əlibəyli və Qazaxın bir neçə kəndlərinə atəş açırlar. Ancaq Azərbaycan ordusunun əsgərləri onların layiqli cavabını verir və ermənilər yerindəcə susdurulur. Bu gün ermənilərin itkisi bizdən qat-qat çoxdur. Ancaq ermənilər öz itkilərini gizlədir. HəttaƏrəbistandan gələn xüsusi erməni taborunun başçısı, erməni terrorçusu Monte Melkonyanın "sağ əli” olmuş Aram Qriqoryan bu yaxınlarda bizimkilər tərəfindən Murovdağda vuruldu. Ermənilər onun ölümünü istəsələr də, mətbuatdan gizlədə bilmədilər”.
R.Əkbərov qeyd edib ki, erməni tərəfi minaatan, iriçaplı və "BTR” silahlarından da Azərbaycan tərəfinə, o cümlədən kəndlərə atəş açırlar:
"Ancaq biz yenə də səbir edirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ordumuzda yüksək əhvali-ruhiyyə var. Bu gün hər bir əsgərimiz Ali Baş Komandanın əmrini gözləyir. Müharibəyə başlasaq, ən tez müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik”.
General-leytenant R.Əkbərov həmçinin deyib ki, avqustun 6-da cəbhənin Qazax-Tovuz istiqamətində ermənilər itki veriblər:
"Bu gecə də erməni hərbçilərinin avtomobilləri erməni postu tərəflərə gəlib-gedib, meyitdaşıyıblar. İyulun 19-dan 26-dək isə ermənilər ən azı 50-dən çox itki verib, 60-a yaxın isə yaralısı olub. İyulun 27-dən sonra, avqustun 2-dək isə ermənilər 21 nəfər itki verib, 26 nəfər isə yaralanıb. Bunlar dəqiq məlumatlardır. Ancaq erməni tərəfi bu məlumatları öz mətbuatından da çıxartdırıb və gizlədir. Ümumilikdə isə, ermənilər ötən ayın 19-dan bu ayın 2-dək 80-ə yaxın itki verib”.
R.Əkbərov son günlər cəbhədə şəhid olmuş Azərbaycan ordusunun hərbçilərinin ailələrinə özünün də iştirakı ilə ordenin təqdim olunmasından da danışıb:
"Bu, mənim borcumdur. Onların övladları mənim də balalarımdır. Onlar bizim balalarımızdır. Biz hər zaman onların ailələrinin yanında olmalıyıq. Onlar ataları bizim uğrumuzda, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda şəhid oldular. Biz onların intiqamlarını alırıq və gələcəkdə də alacağıq. Biz onlarla fəxr edirik və hər zaman onların ailələrinin yanında olacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi