06-08-2014 [11:46]
MİA Penitensiar xidmətin saytına istinadən müraciəti təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
"Demokratiyaya yardım” İctimai birliyinin sədri, hüquq-müdafiəçisi
Emil Balamirzə oğlu Məmmədov tərəfindən
Hörmətli cənab Prezident!
Mənim 50 yaşım var. Salyan rayonunda ziyalı ailəsində böyümüşəm. 1987-2004-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm də ictimai fəaliyyətlə hüquq müdafiəçiəsi kimi məşğul olmuşam. 2007-ci ildə Sizə məktubla etdiyim səmimi müraciətdən sonra təsisçisi olduğum "Demokratiyaya yardım” İB heç bir çətinliksiz dövlət qeydiyyatına alınıb. Mən də çalışmışam ki, mənə göstərilmiş bu etimadı doğruldum. Fəaliyyətimin əsas məqsədi regionda yaşayan insanların sosial hüquqlarının müdafiəsinə təmənnasız köməklik etmək olub. Məhz Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına olan dövlət proqramının vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ictimai iştirakçı olmaq etimadını qazanmışam. Sizin fərmanınızla həyata keçirilən Açıq Hökumət və Korrupsiyaya qarşı Mübarizə Dövlət Proqramlarının monitorinqində Heydər Əliyev Fondunun Salyanda tikib imkansız ailələrə verdiyi 85 evin paylanmasında, Salyanda Kür daşqınlarından ziyan çəkənlərə yardım etmək üçün yaradılmış RİH yanındakı komissiyada vətəndaş cəmiyyətini təmsil etmişəm. Mən hüquq müdafiəçisi olaraq öz təcrübəmdən səmimi olaraq bilirəm ki, Sizə olunan haqlı müraciət heç vaxt köməksiz buraxılmayıb. Ona görə də fəaliyyətimdə Sizi bütün hüququ pozulanların ən böyük müdafiəçisi görürəm, məhz Sizə güvənirəm.
Son günlər cəbhə xəttində xain düşmənlərimiz tərəfindən atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir.
Hörmətli cənab Prezident!
Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq Sizi Respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm.
Hörmətlə Emil Məmmədov
Bakı İstintaq Təcridxanası
05.08.2014-cü il”


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi